Tıxacla necə mübarizə aparmaq olar?
Tarix: 13.09.2013 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Tixac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil, eyni zamanda qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var”
Hər gün istəmədiymiz halda vaxtımızın müəyyən hissəsi tıxaclarda itir. Artıq tıxaclarda qalmaq bezdirici ictimai sıxıntıya çevrilib. Paytaxtda avtomobillər üçün nə qədər yol qovşaqlarının sayı artırılsa da, hələ ki, bu sıxıntı yaşanmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadi ekspert Vüqar Bayramov “Facebook”dakı porfilində tıxac probleminin həlli yollarını qeyd edib. O bildirib ki, meksikalı ömürünün 6, venesualı isə hətta 9 ilini tixaclarda keçirir: “Yəqin ki, azərbaycanlı üçün də bu kifayət qədər ciddi rəqəmlə ifadə olunur. Azərbaycanda tixacların yaranmasının özünün bəlli səbəbləri var. Əslində ölkədə olan avtomobillərin sayının 1.2 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaşamsı üçün əsas deyil.
Problemin digər tərəfi var: məsələ ondan ibarətdir ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60%-i Bakının payına düşür. Qalan 40% avtomobilin 10-15%-i isə gün ərzində paytaxta daxil olub çıxır. Yəni, paytaxt gün ərzində mövcud avtomobil parkının təxminən 70%-i ilə yüklənir. Ölkə üzrə adambaşına düşən avtomobillərin sayı ölkədə avtomobillərin sayının çox olduğunu demir. Amma paytaxtda adambaşına düşən avtomobil sayı inkişaf etməkdə olan ölkələrin göstəricilərindən çoxdur. Paytaxtda gün ərzində 800 min avtomobil olur. Bakı əhalisinin sayını nəzərə alsaq, paytaxtda 3 nəfərə 1 avtomobil düşür. Bu da Bakıda tıxacın yaranmasına səbəb olur. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır”.
V.Bayramov yazır ki, son illər infrastrukturun inkişafı tıxac problemini müəyyən qədər həll edib: “Təsəvvür edin ki, əvvəlki yollar və infrastruktur saxlansaydı o zaman Bakıda vəziyyət necə olardı. Amma problem hələ də qalmaqdadır. Özü də ciddi şəkildə. O baxımdan tixac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil, eyni zamanda qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var.
Belə metodlardan biri dövlət və özəl sektorlar üzrə işəbaşlama saatlarının fərqli olmasıdır. Daha məqsədəuyğundur ki, dövlət sektoru üçün işə başlama vaxtı səhər 8:00, özəl sektor üçün isə 9:00 olsun. Ali məktəblərdə dərslər saat 8:00, orta məktəblərdə isə 8:30-da başlaya bilər. Bu metod tıxacla mübarizədə ən azı infrastruktrun inkişafi qədər daha təsirli olacaq. Bu zaman artıq şəhərdə işçilərin nəqliyyat hərəkəti zamanlar üzrə paylaşdırılacaq və bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək”.
O, digər üsul kimi paytaxtda yerləşən ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıdan kənara köçürülməsini təklif edir: “Texniki hətta iqtisadi yönümlü universitetlərin Bakıda yerləşməsinin heç bir əsaslandlrılması yoxdur. Birləşmiş Ştatlarda top 20-e daxil olan universitetlərin 90 faizi kiçik şəhərlərdə yerləşir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.
Başqa tərəfdən, dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi vacibdir. Dünyanın heç bir normal ölkəsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) paytaxt şəhərdə yerləşmir. Azərbaycanda KTN Bakının mərkəzindədir. Halbuki onun kənd rayonlarının birində yerləşməsi çox vacibdir. Və ya regionda suvarma işlərinə məsul olan Melerasiya və Su Təsərrüfati ASC-nin Bakıda yerləşməsinin iqtisadi əsasları yoxdur. Hətta digər bir sıra dövlət qurumlarının da rayonlara köçürülməsi labüddür”.
Ekspert bütövlükdə, tixac probleminin sadəcə texniki məsələ olmadığı üçün onun həllinin eyni zamanda texniki olmayan metodların tətbiqini məqsədəuyğun bilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info