Əcnəbilərlə bağlanan nikahların pozulma halları çoxalıb
Tarix: 13.09.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycanda 2013-cü ilin birinci yarısı ərzində nikahlarla bağlı rəsmi statistikanı açıqlayıb
Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər ki, bu ilin ilk altı ayı ərzində bağlanmış 38453 nikah qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5042 nikah çox deməkdir. Xatırladaq ki, ötən ilin ilk altı ayı ərzində 33411 nikah qeydə alınmıışdı.
Bu ilin ilk yarımilliyində qeydə alınan nikahların 1719-u qarışıq, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanıb ki, bu da ötən ilin analoji ilə dövrü ilə müqayisədə demək olar ki, iki dəfədən də çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847 qarışıq nikah bağlanmışdı.
2013-cü ilin altı ayı ərzində 97-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5788 nikah pozulması baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumən pozulan nikahların sayı azalsa da, pozulan qarışıq nikahların sayı dörd dəfə artıb. Xatırladaq ki, 2012-ci ilin birinci yarısında 24-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı olmaqla ümumilikdə 5386 nikah pozulması baş vermişdi.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info