Bakıda yeni kiçik su elektrik stansiyası istismara verildi -VIDEO
Tarix: 13.12.2019 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sentyabr ayında Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında daha bir irəliləyiş edib. Cənubu Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib. Belə ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən Kiçik Su Elektrik Stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Kiçik Su Elektrik Stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.
300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsi ilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.
Qeyd dək ki, “Azərenerji” ASC “Şimal” Elektrik Stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” Elektrik Stansiyasının daxilində də belə bir kiçik su elektrik stansiyasının tikilməsi planlaşdırılıb.
Tural





 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib
18.01.2020
Azərbaycan məhsulları Berlində “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info