İbrahimbəyovun “böyrək daşı” bəhanəsi...
Tarix: 13.09.2013 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Kinodramaturq indi siyasətdən və “milli şura”dan qaçmaq üçün hər cür “xəstəlik”lərə hazırdır…

“Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun Londona gedəcəyi haqda açıqlamalar verilsə də, “ənənəsinə” sadiq qalan kinodramaturq Cəmil Həsənli ilə görüşməkdən boyun qaçırdı. Onun bu addımı birmənalı qarşılanmadı və ciddi tənqidlərlə onu qınadılar ki, London da Bakı deyil ki, qorxub gəlməyəsən…
"El" hərəkatı ali məclisinin sədri Eldəniz Quliyev “milli şura”nın sədri Rüstəm İbrahimbəyovun bu qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovla birlikdə Londona səfər etməkdən imtina etməsi ilə bağlı yayılan informasiyalara reaksiya verərək maraqlı açıqlama verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Eldəniz Quliyev açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov Londona gedə bilməsə də, bu görüş mütləq baş tutacaq: "Rüstəm müəllim işləri olduğu üçün Londona səfər edə bilməyib. Digər tərəfdən onun səhhətində problemlər yaranıb, böyrəyində daş var. Düşünürəm ki, bu görüş ya Moskvada, ya Bakıda mütləq olacaq. Çünki Cəmil Həsənli prezidentliyə vahid namizəddir. Biz istərdik ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin, görüş də burada olsun".
Rüstəm İbrahimbəyovun Cəmil Həsənli ilə Bakıda və Moskvada görüşlər keçirməsini arzu edən Eldəniz Quliyev görünür, R.İbrahimbəyovun digər xəstəliklərindən xəbərsizdir. Cəmil Həsənli Moskvaya getsə, R.İbrahimbəyovu “qarınağrısı” tutacaq, Bakıya gəlsə isə çox güman ki, o, “görmə” qabiliyyətini itirəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19.09.2019
Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb, statusu özüm yazmışam“ - VİDEO MÜRACİƏT
19.09.2019
Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir - YENİLƏNİB
19.09.2019
Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info