“İbrahimbəyov “milli şura” üzvlərindən qisas almağa başlayıb”
Tarix: 13.09.2013 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Cümşüd Nuriyev: “Lalə Şövkət, Rəsul Quliyev və Eldar Namazov hər an partlaya bilərlər”

Artıq siyasətdə “Pinokio” kimi tanınan Rüstəm İbrahimbəyov yenidən gündəmə yalanları ilə gəlməyi bacardı. “Pinokio”dan fərqli olaraq yalan danışanda burnu uzanmayan R.İbrahimbəyovun bu xüsusiyyətə mənsub olmaması isə müxalifət düşərgəsi üçün arzuolunan olmur. Çünki o, hər dəfə yalan danışanda burnu uzanmır və onun vədlərinin yalan ,ya doğru olduğu bilinmir. İbrahimbəyovun burnu əvəzinə “biznesi” şəxsi “iş”ləri uzanır və çoxalmaqdadır. Təsadüfi deyil ki, onun son yalanı da cəmiyyətdə gülünclə qarşılanıb. Belə ki, Londona gələn “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənliyə qatılıb onunla görüşlər keçirəcəyini deyən İbrahimbəyov yenə də sözünü tutmayaraq anormal bir açıqlama verib. O, İngiltərənin paytaxtına getməməsini, Cəmil Həsənli ilə görüşdən imtina etməsini “daha vacib iş”inin olması ilə əlaqələndirib. Burada sual yaranır ki, daha vacib işin var idisə, niyə əvvəlcədən söz verirdin? Qısası, yalanlarla vaxt keçirən kinodramaturqun növbəti gedişi müxalifətdə pessimizmi daha da artırmış oldu.
Siyasi şərhçi Cümşüd Nuriyev “Palitra”ya məlum olayları şərh edərək bildirdi ki, əslində R.İbrahimbəyov səhvini anlamağa başlayıb. Onun proseslərə özünəməxsus şəkildə qatılıb yalandan vəd vermək xəttini davam etdirməsi isə başadüşüləndir: “Həmişə bildirmişəm ki, Rüstəm İbrahimbəyov nahaq bu siyasi oyunlara qatıldı. Onun əvvəllər Azərbaycan cəmiyyətində hörməti var idi. Bu da onun yaradıcılığı ilə bağlı idi ki, bir neçə maraqlı filmin ərsəyə gəlməsində rolu olmuşdu. Amma sonradan siyasətə uğursuz şəkildə qatılmaqla həm Bakı və azərbaycanlılar, həm də ermənilər, Qarabağla bağlı səhvlər də buraxdı. Cəmiyyətdə ona etimad sıfra endi. O, qeyri-adi bir sevdaya düşdü ki, bu da onu tamamilə məhvə sürüklədi. İndi bu prosesləri, düşdüyü durumu dərk etdiyinə görə “milli şura” üzvlərindən bunun qisasını almağa başlayıb”.
Cümşüd Nuriyev deyir ki, son siyasi proseslər bir daha göstərdi ki, “milli şura” qeyri-ciddi və qeyri-səmimi bir qurumdur. Necə olur ki, on beş gün öncə Londona bunları dəvət edəndə AXCP-nin sədr müavini, İsa Qəmbər gedəcəkləri barədə xəbər yaydılar, heyətin böyük olacağını dedilər, amma indi bu tədbir çox adi şəkildə təşkil olundu? Sonradan bu heyət beş, üç və iki nəfərdən ibarət oldu. Yəni, bu o deməkdir ki, konkret olaraq qurumda hansısa ciddi narazılıq prosesləri gedir: “İlk növbədə deyim ki, burada pul davası gedir. Çünki ayrılan vəsaitlə bağlı ciddi problemlər, narazılıqlar yaranıb. Rüstəm İbrahimbəyov artıq yarıtmaz siyasətçilərə pul da ayırmaq istəmir. Həm də bu adam gördü ki, müxalifətçilər ondan yararlandılar. Bəziləri hətta müəyyən maliyyə problemlərini onun sayəsində həll eləmiş oldular. İndiki halda diqqət çəkən məqam belə ağır duruma düşmüş “milli şura”nın Londona dəvət olunmasıdır. Bu səfərin qaranlıq məqamları çoxdur. Nədən məhz Cəmil Həsənli bura dəvət olundu? Bəzi məsələlər var ki, onlar aydınlaşdırılmalıdır. Sadəcə olaraq biz, məlumatlı şəxslər bunu araşdırmadan mətbuata açıqlaya da bilmirik. Gələn həftədən o məsələlərə toxunacam”.
Politoloqun deməsinə görə, əslində Rüstəm İbrahimbəyovun heç bir vacib işi də olmayıb. O yalandan dedi ki, “daha vacib işim çıxdı deyə Londona getmədim”. Sadəcə olaraq kinodramaturq artıq Eldar Namazov və Cəmil Həsənli ilə bir arada olmaq istəmir: “Əli yanmış əlini ağzına təpən kimi bu da siyasətdə “yandı” və indi iqtidarın ona olan hörmətini bərpa etmək istəyir. İtirilmiş əlaqələri, hörməti qaytarmağa cəhd edir bəlkə də... Hər halda bunu gələcək göstərəcək ki, onun naşükürlüyünü hakimiyyət bağışlayacaq, ya yox. Bu həm də Azərbaycan cəmiyyətinə də qısa mesaj idi ki, “mən daha onlarla bir yerdə deyiləm”. Gəlin siyasi proseslərə açıq gözlə baxaq! İbrahimbəyov niyə daha bunları bəyənməyə bilərdi axı? Deməli, səbəb var nə isə... “Milli şura”nın üzvləri İbrahimbəyova xəyanət etdilər ki, bunun nəticəsində də birlik özünü doğrultmadı. Həm də “milli şura”nın üzvlərindən olan və vaxtilə iqtidarda çalışmış siyasətçilər də qurumda çox ciddi qarşıdurmaya gedirlər. Lalə Şövkət, Rəsul Quliyev o cümlədən, Eldar Namazov hazırda şışıb durmuş şara bənzəyirlər ki, hər an partlaya bilərlər. Qeyri-səmimi bir durum yaranır get-gedə. Burada anlaşılmayan məsələlər də var. Qurumda bir ayağı iqtidara addım atan, digəri müxalifətə yön seçmiş qüvvələr də var. Buna misal olaraq VHP-ni göstərmək olar. Bunlar da “milli şura”da olmaqla müxalifətçi görüntüsü yaratmağa çalışırdılar. Azərbaycan müxalifətçiləri iki kürsüdə oturmaq xəstəliyinə çoxdan tutulub. Rüstəm İbrahimbəyov isə gec də olsa bunları başa düşdü. Artıq o, konkret olaraq “milli şura”dan əlini çəkdi. Bundan sonra Eldar Namazovun guya İbrahimbəyovun Londona gələcəyi barədə açıqlamasının yeri yoxdur. Sirr deyil ki, o, Cəmil Həsənlini məcburi qaydada dəstəkləmişdi. Bu mesajla isə dedi ki, “mən artıq onu da dəstəkləmirəm”.
O, maliyyə yardımını da tam kəsəcək”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info