Aqrar Sığorta Fonduna 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılacaq
Tarix: 14.12.2019 | Saat: 11:27:00 | E-mail | Çapa göndər



"Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq".

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Aqrar Sığorta Fondu”nun Nizamnaməsində əksini tapıb.
Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.
Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.
“Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmana əsasən yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Dövlət Komitəsi pensiyaçıların sayını açıqlayıb
21.01.2020
Kirayə mənzil mexanizmi ilə təklif ediləcək mənzillərin minimal aylıq ödənişi açıqlanıb
21.01.2020
Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır
21.01.2020
Azərbaycanda əhalinin sayı açıqlanıb
21.01.2020
Bakıda bu marşrut kart sisteminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info