Valeri-Aşxen Qorçunyan: “Ermənistan artıq rəsmən Rusiya vilayətinə çevrilib”
Tarix: 13.09.2013 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


“Nə bir millət, nə də ölkə kimi artıq mövcud deyilik”

“Paris qəhvəsi” şirkətinin keçmiş sahibi, əslən erməni olan fransalı sahibkar Valeri-Aşxen Qorçunyan hesab edir ki, Ermənistanın Gömrük İttifaqında üzvlüyü ölkə üçün faciəvi ola bilər. Bu barədə “Birinci informasiya”ya müsahibəsində danışan erməni sahibkar qadın qeyd edib ki, bu cür üzvlük Qarabağ probleminin həllinə təkan verə bilər, amma hətta bu da bu üzvlüyə haqq qazandırmır: “Faktiki olaraq Ermənistan təzəcə müstəqillik qazanıb, indi isə bir neçə ildən sonra yenidən Rusiyaya doğru üz tutub, yəni artıq bu dəfə rəsmən Rusiyanın bir vilayətinə çevrilib.
Biz bu üzvlük qərarı ilə öz vətənimizi, istiqlalımızı itiririk və ölkə kimi bu gün heç nəyimizlə yadda qalmırıq. Ağrılı bir şəkildə qeyd edirəm ki, Ermənistan diasporu bu məsələ ilə maraqlanmaqdan bir qədər əl çəkib”.
Qorçunyan qeyd edib ki, Ermənistan Avropa Birliyi Assosiasiyası ilə bağlı razılığa getsəydi, daha yaxşı olardı: “Bu, Ermənistana Avropa mədəniyyəti ilə yaxınlaşmağa daha çox imkan vermiş olardı. Mən demirəm ki, Avropada dünyanın ən yaxşı ölkələri cəmləşiblər. Amma burada hər halda, demokratiya var, ədalətli və azad seçkilər keçirilir. Təəssüflər olsun ki, hər bir yeni hadisə ilə biz görürük ki, nə bir millət, nə də ölkə kimi artıq mövcud deyilik. Bu gün biz legitim olmayan hakimiyyətin əvəzini ödəyirik: legitim olmayan prezidentin gücsüzlüyü bu addımları atmağa vadar edir”.
Valeri-Aşxen Qorçunyan əlavə edib ki, həmişə əvvəllər o barədə düşünüb ki, “Paris qəhvəsi” şirkətini satandan sonra haçansa vətənə qayıda biləcək, bununla bağlı ürəyində həmişə ümid yanıb. Amma Serj Sərkisyanın məlum bəyanatından sonra bu ümidlər tamam ölüb: “Mən düşünürdüm ki, Serj Sərkisyanın hakimiyyət müqddəti bitəndən sonra Ermənistana dönə biləcəyəm, amma yox. Onun qərarı qəbul olunub və bu qərar onun prezidentliyindən sonra da öz pis təsirini göstərəcək. Mən Ermənistanda Rusiya qanunları ilə yaşamaq istəmirəm, mənim üçün Rusiya iqtisadiyyatı, sivilizasiyası – hamısı korrupsiyalaşıb. Belə dövlətlə heç nə yaxşı olmaz, Ermənistan tərəqqi edə bilməz. Həmçinin baxın, hansı ölkələr bu proqrama qoşulublar – Qazaxıstan, Belarus... Bunlar necə ölkələrdir? Əlbəttə ki, demokratik olmayan, korrupsiyalaşmış dövlətlər... Bəs bu nə deməkdir? O deməkdir ki, Ermənistan bu proqramın üzvü olsa, heç bir yaxşı şey əldə edə bilməz”.
O qeyd edib ki, hamısı, o cümlədən erməni diasporu da anlayır ki, bu situasiya qeyri-legitim prezidentin seçilməsinin nəticəsidir: “Biz bunun əziyyətini çəkirik. Biz indi kimik? Biz indi dünya məkanında özümüzü necə görürük? Heç necə. Bədbəxtlikdən heç nə kimi görürük. Mən bütün bunları ağrılı halda deyirəm. Bir erməni kimi çox narahatam. Hətta diasporda da bu məsələyə layeqd baxmağa başlayıblar, bu isə çox ağrılıdır”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info