İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır
Tarix: 14.12.2019 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi Təbrizdə keçirilən mətbuat konfransında deyib.
Nazirlik rəsmisi deyib ki, İranın Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyi aydındır:
“İran dəfələrlə mövcud beynəlxalq qaydalar və qətnamələr çərçivəsində mövqeyini elan edib”.
Ermənistanın Araz çayını çirkləndirməsinə münasibət bildirən iranlı diplomat deyib ki, Araz çayının çirklənməsi məsələsini araşdırılır və onun nəticəsi elan olunacaq.
A.Musəvi əlavə edib ki, Azərbaycan regional proseslərdə önəmli və İrana dost ölkələrdən biridir.
Nazirlik rəsmisi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin yollarından biri vətəndaşların səfəri ilə əlaqədar maneələrin azaldılmasıdır.
XİN rəsmisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İran vətəndaşlarına vizanı ləğv edib və bunun bütün Azərbaycana şamil olunması üçün müzakirələr davam edir.
Onun sözlərinə görə, Təbriz şəhəri qonşu ölkələrlə ticarət münasibətlərində qütbə çevrilə bilər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Prezident Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb
21.01.2020
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb
21.01.2020
“Milli şura” hüzn günündən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info