Təlim kursu uğurla başa çatdı
Tarix: 13.09.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu yekunlaşıb.
Layihənin idarə olunmasına həsr olunmuş təlim kursunun yekununda Naxçıvan Dövlət Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda gənc kadrlara göstərilən yüksək etimaddan, mütəxəssis hazırlığına hərtərəfli dövlət qayğısından bəhs edib. Rektor qeyd edib ki, muxtar respublika rəhbərliyinin tapşırığı və dəstəyi ilə keçirilən təlim kursları regionda yüksək ixtisaslı kadr potensialının formalaşması, dünyəvi bilik və təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Layihənin idarə olunması üzrə təlim kursunun təşkilatçısı olan GRBS Şirkətlər Qrupunun baş direktoru Bəhram Qurbanov çıxış edərək qeyd edib ki, rəhbərlik etdiyi təşkilat akkreditasiyalarının sayına görə öz sahəsi üzrə dünyada ilk beşlikdə dayanır, postsovet məkanında isə ilk yeri tutur. Təlim iştirakçıları təlim zamanı layihənin uğurla idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş yanaşma və proseduralarla bağlı zəngin nəzəri və təcrübi bilik əldə edərək, gələcəkdə Azərbaycanın sosial-iqtisadi tərəqqisi naminə uğurla fəaliyyət göstərəcəklər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info