Amerika hərbçilərinin 46 faizi rusları özlərinə müttəfiq hesab edirlər
Tarix: 14.12.2019 | Saat: 22:31:00 | E-mail | Çapa göndər



Bu günlərdə ABŞ hərbçiləri arasında Rusiyaya münasibətlə bağlı keşirilən sorğu ölkədə, demək olar ki, sensasiyaya səbəb olub. Belə ki,sorğuda iştirak edən respondentlərin 46 faizi rusları ABŞ-ın müttəfiqi hesab ediblər.

Maraqlıdır ki, bunula bağlı Vaşinqton artıq həyəcan təbili çalmaqdadır. Bununla bağlı Amerika mətbuatı və mütəxəssisləri yekdilliklə, "rus təbliğatı" nın “Pentaqon”a belə nüfuz etməkdə olduğunu iddia edirlər.
Onu da qeyd edək ki, amerikalı mütəxəssislər bunu son on ilin yüksək göstəricisi kimi dəyərləndirirlər. Maraqlısı odur ki, bunu artıq “Amerikanın səsi” də etiraf etmək məcburiyyətində qalıb. Axı, dogrudan da, son illər amerikalıların ruslara olan isti münasibət nədən belə qaynaqlanmaqdadır? Xatırladaq ki, bir müddət bundan əvvəl hərbçi və mülki şəxslər arasındakı sorğuda respondentlərin ancaq 28 faizi Rusiyanın ABŞ-ın müttəfiqi olduğunu söyləmişdi. Hələ o qədər də uzaq olmayan keçmişdə isə amerikalıların 71 faizi Rusiyanı Amerika üçün təhdid, 25 faizi isə əsas təhlükə adlandırmışdı. Yeri gəlmişkən onu da bildirək ki, Amerikada dərc edilən “Defense One” hərbi-analitik portal keçirilən sorğunun nəticələrini "heyrətləndirici kəşf" kimi təqdim etməyə çalışsa da, ABŞ administrasiyası tərəfindən maliyyələşdirilən başqa bir nəşr Amerika hakimiyyətinin Rusiyayönlü rəğbətin artmasından getdikcə narahatlıq keçirdiyini bəyan edib.
Əli Babayev





 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Merkel yanvarın 24-də Türkiyəyə gələcək
19.01.2020
Berlində Ərdoğanla Putinin görüşü başlayıb
19.01.2020
İran qəzeti: “20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir”
19.01.2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
19.01.2020
Beyrutda toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info