200 il yaşamağı qarşısına məqsəd qoyan 83 yaşlı dağıstanlı
Tarix: 15.12.2019 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Dağıstanlı Payzulla İsayev Rusiya və Dağıstanda "İnsan uzun ömür üçün yaradılıb" kitabları ilə tanınan, tibbi məsləhətçi, mühəndis, sağlam və uzun ömrün eliksirini kəşf edən məşhur insanlardan biridir.
Hazırda 83 yaşı olan Payzulla kişi 200 il yaşamağı qarşısına məqsəd qoyub. O, çox yaxşı fiziki formadadır, hər gün idman edir, kitablar yazır, çəkilişlərə gedir, yaxşı eşidir, aydın danışır, gözləri 100% görür, sonuncu övladı 68 yaşında olanda doğulub. 11 dəfə Həcc ziyarətində olub və hər il də getməyə hazırlaşır.
Medicina.az bildirir ki, gəncliyində robottexnika mühəndisi olan Payzulla 20 ildir uzun ömrün sirlərini araşdırıb, müxtəlif formullar kəşf edib və insanı 200 il yaşadacaq çörək və suyun reseptini hazırlayıb.
Hazırda o, Dağıstan prezidentinə, Rusiya Prezidenti Putinə müraciət ünvanlayaraq, onun kəşfi olan icadları patentləşdirib, bütün ölkə üzrə tətbiq etməyə dəstək istəyir. O, ölkə əhalisinin sağlamlığını təmin edəcəyinə söz verir.
Hələ ki, icadlarını özünün və ətrafının, eləcə də onun yolu ilə getmək istəyənlərin üzərində tətbiq edən Payzullanın maraqlı açıqlama və reseptlərini təqdim edirik.
Hər şey Payzulla kişinin 20 il əvvəl ağır xəstələnməsi və həkimlərin ona kömək edə bilməməsindən sonra başladı. 1 il dərman qəbulundan sonra öləcəyini anlayan dağıstanlı kişi özü-özünə kömək etməyə, dərmansız, təbii metodlar, xüsusən çörək və suyunu dəyişməklə müalicəyə başladı.
Həmin vaxtdan tibbi öyrənməyə başladı. Özü də dəqiq mexanika və optika üzrə mütəxəssis olduğundan kimya, biologiya, fiziki-kimyəvi prosesləri öyrənmək, başa düşmək onun üçün çətin olmadı. Bu vaxta qədər bir çox tibbi dərslikləri, professorların kitablarını oxuyaraq konkret nəticələrə gəlib çıxır.
Səudiyyə kralının bacısını öz metodu ilə müalicə edən Payzullaya kral kitab nəşr etməyi tapşırır və bunun üçün vəsait ayırır. Payzulla kitablarını yazır, o kitablar rus və ərəb dilində çap olunub.
"Allah bizi elə hüceyrələrlə, elə sistemlərlə yaradıb ki, onlar uzun ömürlüdür, 100 il belə azdır. Bu elmdir, mən istənilən alimlə mübahisə edib, molekulyar hüceyrə səviyyədə metodlarımı isbat edə bilərəm ki, insanın ömrü bu qədər qısa olmamalıdır".

Qlütensiz və mayasız təmiz Çörək
Payzulla İsayev hesab edir ki, indiki çörək, un və bundan bişirilən məmulatlar insan hüceyrəsi üçün uyğun deyil. Eləcə də içdiyimiz su bizim hüceyrələri təmin etmir. Ona görə bütün hüceyrələr tələf olur, tez qocalır, 200 il ömür sürəcəyi halda, cəmi 50-60 il fəaliyyət göstərir. Bu, isə insan yarananda onun proqramlaşmasına uyğun deyil.
Xüsusi reseptlə bişirdiyi çörəyə o adi çörək yox, dərman deyir.
Yüksək keyfiyyətli buğdanı xüsusi mühitdə o qədər saxlayır ki, onda olan qlüten və nişasta tamam yuyulub gedir. Yalnız bundan sonra həmin buğdadan un hazırlayıb, çörək bişirir.

Dondurulmuş su

İçdiyi suyun resepti də fərlqlidir. Təmiz içməli suyu o əvvəlcə soyuducuda dondurub buza çevirir. Sonra buzun üzərində yaranmış ağ ərp qatını yığır, hesab edir ki, bu zəhərdir, sudakı toksinlərdir. Daha sonra qalan buzu qabda əridir və ordan süzülüb gələn suyu içir.
Payzulla deyir ki, orqanizmdə ən dərində gedən həyati vacib proseslər, hüceyrələrin yenilənməsi, yaşaması üçün birinci yerdə su dayanır. Hidroliz prosesində olduğu kimi susuz bölünmə və parçalanma yoxdur.İçdiyimiz su isə bu proseslərə təsir etmir.

İdmanı
Hər gün səhər dəniz kənarında 1 saat gəzir, qaçır, eləcə də onurğa, boyun, bütün bədəni sağa-sola dairəvi hərəkətlərlə idman edir. Bu qan dövranını yaxşılaşdırır. Bir hərəkəti 100 dəfə edir. Gözlər üçün: bir gözünü bağlayır, digər gözü ilə çox uzaqda bir nöqtəyə baxır, daha sonra digər gözünü bağlayır.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Yunanıstan avtomobil oğurluğunun ən çox baş verdiyi ölkələrdən biridir
21.01.2020
Rusiyada 55 min dollar dəyərində nadir zümrüd tapıldı
19.01.2020
Almaniyanın əhali sayı miqrantlarla rekord qırdı
19.01.2020
İnsan stresdən arıqlayır yoxsa kökəlir?
19.01.2020
Yunun müalicəvi xüsusiyyətləri

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info