Paşinyanın saxta “demokratiya oyunu”
Tarix: 16.12.2019 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Ölkədə 36-dan artıq adda müxalif medianın fəaliyyət göstərdiyini bəyan edirsiniz. Belə yalanlara kim inanar”

Sözün yeni Ermənistan hökumət üçün heç bir dəyəri olmadığı artıq bu ölkədə çoxlarına məlumdur. Yəni yalan danışıb, yalan vədlər vermək dünənə qədər təkcə baş nazir Paşinyana xas idisə, indi artıq bu, onun ətrafına da sirayət etməkdədir.
Erməni hakimiyyətində olan bu xüsusiyyətlərə qarşı mübarizə aparmaq elə də asan olmayacaq. Təbii ki, mübarizə aparmaq da olar. Lakin bu cür davranışlardan imtina etməyə qərar verməyən Paşinyan onu hakimiyyətə gətirən bu taktikadan hələ də yararlanmaqda davam edir. Maraqlıdır ki, Paşinyan və onun ətrafı bunun üçün əsas da tapır. Əslində burada söhbət hakimiyyətin daxili ictimai rəyə təsir etmək cəhdlərindən gedir. Məsələn, bu gün Ermənistandakı əksər medianın müxalifyönlü olduğunu iddia edən mövcud hakimiyyət onların əvvəlki hakimiyyətlərin lehinə təbliğat apardığını iddia edir. Bir müddət bundan əvvəl Nikolun xanımı Anna Akopyan diaspor nümayəndələri üçün keçirilən konfransda bu barədə danışmışdı. Nikol Paşinyan da Los-Ancelesdəki çıxışlarında və hətta BMT kürsüsündən ölkədəki müxalif medianın ona qarşı işlədiyini dilə gətirmişdi. Ən maraqlısı isə bu mövzu ilə bağlı ittihamların İrəvanda keçirilən “Lazarev klub“unda səsləndirilməsidir. Belə ki, Nikola Paşinyanın mətbuat katibi Vladimir Karapetyan bu mövzu ilə bağlı danışarkən, əslində, bunun nəyə hesablandığı da açıq sezilirdi. Yəni “demokratik Ermənistanda“ hökumətyönlü, müstəqil media ilə yanaşı, müxalifət mediası da heç bir təpki olmadan sərbəst şəkildə fəaliyyət göstərir. Qeyd edilməlidir ki, ermənilərin “Qolos Armenii“ saytı Vladimir Karapetyana böyük maraq kəsb edən bir sual ünvanlayaraq müxalif mediası kimi təqdim etdiyi bir-neçə nəşrin adını çəkməsini xahiş edib: “Siz, bu gün ölkədə 36-dan artıq adda müxalif medianın fəaliyyət göstərdiyini bəyan edirsiniz. Belə yalanlara kim inanar. Bu inandırıcı deyil axı… Karapetyana sual oluna bilər: bu gün ölkədə fəaliyyt göstərən 18 telekanalın 1-i CNN, 4-ü isə Rusiya kanalıdır. Siz qalan 13 telekanalın hansının informasiya proqramlarının məzmununda müxalif qərəzi olduğunu deyə bilərsiniz?. Özlərini müxalif hesab etməyən bu kanallar, əgər, sizin mülahizənizlə desək, müxalif kanallardırlarsa, onda niyə, bütün günü onların əsas qonaqları Paşiyanın ətrafında olan şəxslərdir. Niyə bu kanallar, gün ərzində ancaq baş nazirin görüşlərini xalqa nümayiş etdirirlər. Arzu edənlər bu televiziya kanallarının ictimai-siyasi və informasiya proqramlarını izləyərək bunu asanlıqla təsdiqləyə bilərlər. Respublika miqyasında yayımlanan televiziya kanallarında müxalifət düşərgəsinin təmsilçilər efirə çıxarılmır. Əgər, belə deyilsə, o halda Karapetyan heç olmasa bir nümunə göstərsin”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info