“Türkiyə kotleti” necə hazırlanır?
Tarix: 17.12.2019 | Saat: 02:13:00 | E-mail | Çapa göndər



İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə köfte yeməyini təqdim edirik.

Türkiyə mətbəxinin əvəzolunmaz ləzzətlərindən biri olan köfte azərbaycanlıların “küftə” adlandırdığı köfte deyil, kotletdir.
Zəngin, ya kasıb, hər kəsin sevərək yediyi, həm evdə, həm restoranlarda bişirilən yeməkdir Türkiyə köftesi.
Türkiyə köftesi çəkilmiş ətin ədviyyatla qarışdırılıb bişirilməsilə ortaya çıxan çox sadə bir yeməkdir. Bölgəyə görə içərisinə qatılan məmulat, ədviyyat və bişirmə tərzi ilə bir az fərqlənir və o yerin adını alır. Məsələn, İzmir köftesi, Tekirdağ köftesi, Sivas köftesi və s. Ümumiyyətlə isə, Türkiyədə kotletin 300-ə yaxın növü var.
Əziz yeməkbişirmə həvəskarları, bu gün sizə ən sadə və klassik Türkiyə köftesinin tərifini veririk.

Türkiyənin sadə köftesi, yəni klassik kotleti üçün bizə nələr lazımdır?

500 qr. orta yağlı çəkilmiş ət,
1 ədəd soğan,
2 dilim boyat çörək içi,
8-10 budaq incə doğranmış cəfəri,
1 yumurta,
1 çay qaşığı zeytun yağı,
1 çay qaşığı zirə,
1 çay qaşığı istiot və
zövqə görə duz.

İndi başlayaq Türkiyə köftesini hazırlamağa.
Əvvəlcə boyat çörəyi su ilə isladıb sıxın, bir az xəmir kimi olsun. Sonra 1 ədəd orta boy soğanı dərin bir qabda rəndələyin. Üzərinə çəkilmiş əti, çörəyi, yumurtanı, incə doğranmış cəfərini, istiotu, zirəni və duzu əlavə edərək yaxşıca yoğurun.
Sonra qarışıqdan qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın, bir-bir əlinizin ortasında yastılaşdıraraq forma verin, yəni hər birini 1 sm. qalınlığında oval şəklə salın. Sonra kotletləri isitdiyiniz az yağlı tavada bişirin.
Türkiyə köftesi mətbəxin isti yeməklər növündən olduğu üçün nimçələrə isti-isti düzün, süfrəyə verin və nuşi-canla yeyin.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Qasımbəy yeməyi -VIDEO
20.05.2020
Qiyməli pendirli yemək resepti -VİDEO
15.05.2020
Qabırğa dolması
11.05.2020
Sarayın ləzzətləri: Yumurtalı çiy küftə
03.05.2020
“Lebeniye çorbası“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info