YeniSi art-texnologiyalar yay məktəbi layihəsi başa çatdı
Tarix: 16.09.2013 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc araşdırmaçılar üçün YeniSi art-texnologiyalar yay məktəbi” layihəsinin yekunlarına dair təqdimat keçirib. Reallaşdırılmasına 2013-cü ilin may ayında start verilən layihənin əsas məqsədi gənc incəsənət araşdırıcılarını, mədəniyyət sahələri üzrə müxtəlif pillələrdə təhsil alan gəncləri bir araya toplamaq, onlara müasir mədəniyyətə və incəsənətə yanaşma və araşdırma metodlarını öyrətmək, mədəniyyət araşdırıcısı kimi yetişməsini stimullaşdırmaqdır. Qeyd edək ki, layihədə iştirak edən gənclər bir ay müddətində incəsənət problemlərini əks etdirən yazıları ilə müraciət ediblər, uğurlu yazıların müəllifləri müsahibədən keçərək art-texnologiyalar yay məktəbinə vəsiqə qazanıb. Şəki şəhərində baş tutan yay məktəbində gənclərə “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bugün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Blog anlayışı və blogging” təlimləri keçirilib. Layihənin davamında isə qazandıqları bilik və bacarıqlarını göstərmək üçün yeni araşdırma işlərini təqdim edən gənclər diplomlarla təltif olundular. YeniSi Ədəbiyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadənin sözlərinə görə, bu cür spesifik auditoriya üçün nəzərdə tutulmuş layihənin ilk dəfə keçirilməsinə baxmayaraq, gözlənilən nəticə əldə olunub. Təşkilatin media-direktoru Aydan Məqsəd qızı qeyd etdi ki, “YeniSi Gənc araşdırmaçılar üçün art-texnologiyalar yay məktəbi Azərbaycanda ilkdir ve YeniSi Mərkəzinin iştirakciları ilə əməkdaşliq davam etdiriləcək və inanırıq ki, nəticədə nəinki Azərbaycan, həm də dunya mədəniyyətinə çox böyük bir tövhə vermiş olacağıq”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info