Qubada müasir işıqforlar quraşdırılıb
Tarix: 16.09.2013 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Quba şəhərindəki 3 yol qovşağında 12 ədəd müasir işıqfor quraşdırılıb .
Daxili İşlər Nazirliyinin Siqnal İdarəsinin şöbə müdiri Rövşən Şirinov bildirib ki, quraşdırılan yüksək keyfiyyətli yeni işıqforlar həm sürücülərin, həm də piyadaların təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, şəhərə yaraşıq verir.
Yüngül konstruksiyaya malik bu işıqforlar əsas və təkrar olmaqla 2 hissədən ibarətdir. Hündürlüyü 4 metr olan yol tənzimləyiciləri ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə yardımçı olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır.
Müasir işıqforların daha bir üstün cəhəti onların elektrik enerjisinə köhnələrinə nisbətən 80 faizədək qənaət etməsidir.
Bundan əlavə, Quba şəhərində bəzi yolların hərəkət istiqaməti də dəyişdirilib . Bundan sonra şəhərin Heydər Əliyev, Əliqulu Nərimanov prospektlərində, eləcə də Məmməd Əmin Rəsulzadə və Fətəlixan küçələrində hərəkət istiqaməti birtərəfli olacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info