Sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı strategiyası hazırlanıb
Tarix: 16.09.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Henri Kiralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə qəzetimizə fonddan məlumat verilib. Görüşdə S.Müslümov fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.
DSMF sədri bildirib ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafı tədbirləri beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq davam etdirilməkdədir. Perspektiv dövrdə də orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş optimal həddin gözlənilməsi əsas vəzifələrdəndir. Azərbaycanın sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə perspektiv inkişafı strategiyasının hazırlandığını deyən S.Müslümov vurğulayıb ki, yeni mərhələdə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artırılması, sosial ədalət prinsipinin gücləndirilməsi və digər bir sıra istiqamətlərdə dəyişikliklər nəzərdə tutulur.
H.Kiralin Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirib. Dünya Bankı ilə DSMF-nin yaxından əməkdaşlıq etdiyini vurğulayan qonaq növbəti illərdə də əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını bildirib. H.Kirali Azərbaycanın sığorta-pensiya sisteminin növbəti inkişaf mərhələsində nəzərdə tutulan islahatların əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Görüşdə S.Müslümov qonaqları maraqlandıran sualları cavablandırıb və gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info