Jurnalistlər skvoş yarışına qatıldılar
Tarix: 16.09.2013 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” oteli və “AtaBank” ASC-nin dəstəyi ilə “Aura” Sağlamlıq Mərkəzində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında skvoş oyunu üzrə yarış keçirildi. Yarışda qaliblərə hədiyyələr və sertifikatlar verildi. Yarışda birinci yeri “Sportmedia” İdman İnformasiya Agentliyinin baş redaktoru İlkin Vidadioğlu, ikinci yeri “AtaHolding” ASC Müqavilə hüququ şöbəsinin rəisi Anar Ramazanov, üçüncü yeri “525-ci qəzet”in əməkdaşı İbrahim Cəfərov və dördüncü yeri “SalamNews” agentliyinin əməkdaşı Orxan Kərimov tutdu. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edildi.
“AtaBank”ın İdarə Heyətinin üzvü Elnur Osmanov yarışla bağlı qeyd edib: “Məlum olduğu kimi, komanda oyunları ruh yüksəkliyinə kömək edir, müsbət emosiyalar və yaxşı əhvali-ruhiyyə bəxş edir. Ona görə də bu kimi korporativ daxili idman yarışları effektiv komanda formalaşdırmağa kömək edir ki, bu da biznesdə uğuru təmin edən amillərdən biridir. Yarışda mətbuat nümayəndələrinin müştərək iştirakı isə KİV-lə münasibətlərin qurulmasına, jurnalistlərlə qeyri-rəsmi şəraitdə ünsiyyətə xidmət edir”.
“Excelsior Hotel Baku” oteli Marketinq və Satış Departamentinin direktoru Damla Bayık bildirdi ki, skvoş – böyük tennis və badmintonla yanaşı, oyun və idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Məhz buna görə də, skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də, skvoş fəal istirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur”.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq Mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info