“Milli şura”nın sədri tərəfdaşlarını təhqir etdi
Tarix: 16.09.2013 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “O, müxalif başçıların indiyə qədər dilə gətirməyə qorxduqlarını açıb ortaya qoydu”

Rüstəm İbrahimbəyovun anormal açıqlamalar seriyası davam edir. Siyasətə hansısa maddi maraqlar naminə gələn kinodramaturqun artıq siyasi arenadan əliboş qayıtdığını desək yanılmarıq. Elə bu səbəbdəndir ki, ahıl yaşında müxalifətə qoşulub macəra axtaran R.İbrahimbəyov aqressiv açıqlamalar verməklə uğursuzluğunu müxalifətin üstünə tökməyə çalışır. O, müxalifəti barmağına doladığını da gizlətmir. Onun son açıqlamalarından bəzi epizodlarda deyilir: “Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam”. "Prezidentliyə namizəd olmaq istəmirdim, məni məcbur elədilər". “Londona getməməyim böyrəyimdəki problemlə bağlı deyil... Moskvada vacib işlərim çoxdur, ona görə Londona gedə bilmədim”.
Adam özünü sudan quru çıxarmağa da çalışıb: “Müxalifət qanunları bilmirdi və bilmədiyi şeyə qarışmırdı”.
Rüstəm bəy özü Rusiya vətəndaşı olduğunu bilirdi, belə olan halda bunu niyə əvvəldən demirdi, gizlədirdi?
“Heç vaxt müxalifətə yaxın olmamışam”.
“Rusiya vətəndaşlığından çıxmaq mənə sərf eləmir. Bəlkə də çıxmadım”.
Bax belə cənablar! Şələ-şülənizi də götürün, gedin “milli şura”nızı dezinfeksiya edin. Sədrinizin sizə saymazyana münasibət göstərib sizi aşağılamasından sonra bunu etməsəniz, mikrob və viruslar sizin canınıza elə yoluxacaq ki, sədriniz kimi siz də başlayacaqsınız ki, bəs “mənim də “milli şura”ya qoşulmaq fikrim yox idi və s.” Ona görə də, nə qədər gec deyil sədrinizi də dəyişin. Onsuz da aşkarca hiss olunur ki, o özü bunu etməyə hazırlaşır!
90-cı illərdən hazırkı müxalifət liderlərini yaxından tanıyan Vəhdət Partiyasının sədri Tahir Kərimli məlum olayı “Palitra”ya şərh edərək cəmiyyətin izlədiyi komediya janrında olan tamaşanın sonuna gəlindiyini söylədi. O, R.İbrahimbəyovun anormal açıqlamalar verməsinin elə anormal duruma düşmüş düşərgə üçün xarakterik olduğunu da vurğuladı: “Milli şura”nın sədri olan bir şəxsin belə açıqlama verməsi qurumun yaranmasında indiyə kimi bu birlik haqda olan təsəvvürləri bütün çılpaqlığı ilə ortaya qoymuş oldu. O, müsahibəsindəki fikirləri ilə “milli şura” haqda verilən mənfi proqnozları da doğrultmuş oldu. Bu adam özü etiraf etdi ki, “milli şura”da liderlər bir-birilərini başa düşmürlər, səmimi deyillər, hərənin ağzından bir avaz gəlir. Adam deyir ki, mən bunları bir yerə yığa bilsəm də, xeyri olmadı. Söyləyir ki, mən sədr olmaq istəmirdim, zorla bu işi boynuma götürdüm. Ənənəvi müxalifətdən kənar qüvvələrin təklifi ilə o, bu missiyanı üzərinə götürdüyünü qeyd edir. Ən dəhşətlisi isə budur ki, özü bizim dediyimizi və müxalifətin heç vaxt etiraf etmədiyini deyir. Bildirir ki, mən heç vaxt müxalifət olmamışam və heç vaxt siyasətə də baş vurmamışam. Belə bir anda məni zorən gətirib “milli şura”ya sədr seçdilər. Biz də bunu deyirdik ki, bu adam heç vaxt siyasətdə olmayıb, müxalif mövqe sərgiləməyib, müxalif liderlərə üstdən aşağı baxıbsa, onları elita saymayıbsa, belə olan təqdirdə onu müxalifətin başına qoymağın adı nə idi?”
Tahir Kərimli deyir ki, bu cür uğursuz lider seçimi və hərisliyin milli maraqlardan öndə tutulması insanlarda müxalifətə olan inamı da tamamən yox eləmiş oldu. O, R.İbrahimbəyovun pul kisəsinin də boşaldığını vurğuladı: “Hamıya bəllidir ki, burada sadəcə maddi maraqlar öndə getdi. Məsələ ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun “milyarderlər ittifaqının” üzvü olması onu və müxalifəti çox şirnikləndirdi. Hamısı oradan nə isə umurdu. Amma indi kinodramaturq şikayət edir ki, “onlar mənə pul verməyiblər”. Əlbəttə, sənin daha müxalifətin lideri kimi təsdiqin olmayandan sonra ittifaqda da hər şeyə açıq gözlə baxmağa başlamalı idilər. Onlar da çox gözəl gördülər ki, Rusiya dövləti ilə Azərbaycan dövlətinin rəhbərləri arasında səmimi münasibət var. Nə üçün hər iki rəhbərlik arasında özlərini pis edib səni müdafiə etməli idilər? Ən dəhşətlisi budur ki, o, sözünün üstündə durub müxalifəti təhqir edir. Aşkar şəkildə deyir ki, müxalifət qanunları bilmir. Dəfələrlə deyir ki, ikili vətəndaşlıqla ikinci vətəndaş olmağı müxalifət bilmir... Yaxşı bunlar savadsızdır, onların ətrafında olan hüquqşünaslar bilmirlər sən izah et! Bunun fərqliliyi nədir axı? Bundan başqa müxalifəti ümumiyyətlə, savadsızlıqda günahlandırmaq oturduğun gəminin kapitanını suya atmaq deməkdir. Qısası o, bir növ müxalifətin R.İbrahimbəyovu hələ də müdafiə edən qanadı tərəfindən də zərbə yemək istədiyini ortaya qoymuş oldu. Onlar da artıq kinodramaturqu müdafiə etməyə söz tapmayacaqlar. Çünki bu adam fikirlərini bütün çılpaqlığı ilə ortalığa açıb qoydu”.
Vəhdət Partiyasının sədri hazırkı situasiyanın da 180 dərəcə dəyişdiyini bildirdi. O, zərbə yemiş müxalifətin ayağa qalxmaq üçün heç 9 saniyəsinin də olmadığını dilə gətirdi: “İndi çox qəribə bir vəziyyət yarandı. Onsuz da bu seçkilər müxalifətin son akkordu idi. Çünki müxalifət daxildən, xalq arasından özünə dayaq tapmayandan sonra xaricə üz tutub formal birlik olduğunu nümayiş etdirməklə dəstək almağa çalışırdı. Qərbdə də birmənalı olaraq dedilər ki, sizin xalq arasında dəstəyiniz olsa, sizinlə bir masa arxasında oturmaq olar. “Milli şura” isə bu funksiyanı yerinə yetirə bilmədi. Rüstəm İbrahimbəyov hətta Rəsul Quliyevin Cəmil Həsənlinin prezidentliyə şansının olmaması haqqında fikrinə kimi səsləndirib.
Lalə Şövkətin də bunlara olan münasibəti dəyişmişdi. O, əvvəldən də elan etmişdi ki, bu liderlərin heç biri Heydər Əliyevə tay ola bilməz. Lalə xanım boş yerə bu fikirləri demədi ki, “mən Heydər Əliyevin yanında işlədiyimə görə fəxr edirəm və buna görə peşman da olmamışam”.
Yəni, belə olan təqdirdə müxalifət əl qoyduğu Rüstəm İbrahimbəyovla Lalə Şövkət və Rəsul Quliyevdən qırılmış vəziyyətdədir. Parçalanma labüddür. “Milli şura”nın mövcud olub-olmamasına hələ sədrin özü də təminat verə bilmir. Rüstəm bəy deyir ki, “Bilmirəm ki, bu birlik qalacaq ya yox... Mən ziyalılar birliyində qalacam. Neynirdim axı bu siyasətə baş qoşdum ki, vətənə də dönə bilmirəm indi. Əgər möcüzə baş versə və Cəmil Həsənli seçilsə yalnız ölkəyə qayıdacam”. Yəni elə bir “milli şura” ilə bağlı sual olmadı ki, onu Rüstəm İbrahimbəyov neqativ formada izah etməsin. Ona görə də deyərdim ki, “milli şura”nın sədri orada diktatura rejimi yaradan, özünü müxalifətdə birinci sayan şəxslərin cürət edib onu tənqid edə bilmədiyi vaxtda həmin şəxslər və qurum haqda təhqiramiz sözlər dedi. Bu da göstərdi ki, birlik iflas həddinə çatıb. Ümumiyyətlə, bundan sonra onun mövcudluğu ironik səslənəcək. İndiki “milli şura” tarixdə olmuş “milli şura”nın parodiyası idi və heç ona yaxın da olmadı. Bu labüd sonluq əvvəldən də görünürdü və Rüstəm İbrahimbəyov da iflası açıq şəkildə ortaya qoydu”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info