Ovannes İgidyan: “Gömrük İttifaqından büdcəmizə qara qəpik də daxil olmayacaq”
Tarix: 16.09.2013 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


“Hər il minlərlə insan Ermənistanı tərk edir. Gömrük İttifaqı bizə yeni iş yerləri vəd etmir. Onda Ermənistanın halı necə olacaq?”

Ermənistanın Gömrük İttifaqına üzv olmaq istəyini bəyan etməklə Qərbdən üz döndərib, tamamilə Rusiyanın boyunduruğuna keçməsi bu ölkədəki qərbpərəstləri ciddi şəkildə narahat edib. Həmin ekspertlər rəsmi İrəvanın bu seçiminin ölkə üçün ağır nəticələr verəcəyini proqnozlaşdırırlar. Ermənistan parlamentinin Xarici məsələlər komissiyasının keçmiş sədri, beynəlxalq münasibətlər üzrə ekspert Ovannes İgidyan “Lragir”ə müsahibəsində bildirib ki, ölkəsi Avropa İttifaqı ilə azad ticarət anlaşması imzalamaq şansını itirib: “İndi Sərkisyanın addımına haqq qazandıranlar təhlükəsizlik məsələsini ön plana çəkirlər. Təhlükəsizlik təkcə hava hücumundan müdafiə sistemi deyil. Buraya sosial, demoqrafik, miqrasiya, iqtisadi inkişaf problemləri də daxildir. 21-ci əsrdə əhalinin adambaşına düşən illik gəlirinin 2-3 min dollar olması utancvericidir. Rusiya Ermənistanın Gömrük İttifaqına qoşulacağı tarixi açıqlayıb - 2014-cü ilin may ayı. Ermənistanın rəsmi şəkildə Gömrük İttifaqına üzv olması Avropanı, azad ticarət zonasını əlçatmaz edir. Bu seçimdə əsas fərqlərdən biri də odur ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafına bizi heç kim məcbur etmirdi, biz özümüz könüllü şəkildə Avropa ilə əməkdaşlığa can atırıq. Amma Ermənistanla ultimatum dili ilə danışan Rusiya bizi əməkdaşlığa məcbur edir. Avropa İttifaqı bizə milli maraqlarımıza uyğun yolu göstərirdi. Hər il minlərlə insan Ermənistanı tərk edir. Gömrük İttifaqı bizə yeni iş yerləri vəd etmir. Onda Ermənistanın halı necə olacaq? Oliqarxlarımız yenə də 500 drama kənardan malı alıb bizə 1000 darama satıb varlanacaqlar.

“Bundan sonra qərarı bizim əvəzimizə Avrasiya iqtisadi komissiyası verəcək”

Avropa İttifaqı ilə azad ticarət zonası ilə bağlı müqaviləni imzalasaydıq, bir çox nüfuzlu şirkətlər filiallarını İrəvanda aça bilərdilər. Bu isə yeni iş yerləri deməkdir. Gömrük İttifaqı isə bizə heç nə verməyəcək. Heç bizim ittifaqa daxil olan dövlətlərlə ümumi sərhədlərimiz də yoxdur. Yəni, ora üzvlük formal məsələdir. Ora üzv olmaqla büdcəmizə qara qəpik də daxil olmayacaq”. Ekspert qeyd edib ki, Serj Sərkisyan hiyləgərcəsinə susduğundan ətrafı belə görüntü yaradır ki, Rusiya ciddi şəkildə təzyiq etdiyindən belə bir seçim edilib: “Onlar qəsdən belə deyə bilərlər ki, Avropanın təzyiqlərini Rusiyaya tərəf yönəldə bilsinlər. Tutaq ki, Rusiya Ermənistana təzyiq edib və qarşımıza təhlükəsizliklə bağlı müəyyən şərtlər qoyub. Güman edək ki, Rusiya “Smerç”ləri Azərbaycana satmaqla Ermənistanı hədələyib ki, Bakı bu silahdan istifadə etsə qarışmayacaq. Sərkisyan əmindirmi ki, Moskvaya razılıq verməklə bu təhlükə aradan qalxıb? Zəiflik təhlükəni aradan qaldırmır. Rusiya bizə təzyiq göstərsə də, biz buna qarşı prinsipial siyasət həyata keçirə bilmirik. Ermənistanın Rusiya ilə dərin hərbi münasibətləri var. İqtisadi sahədə də
Ermənistanda tam Rusiya monopoliyası var. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük. Bu isə o deməkdir ki, lazım gələrsə Rusiya üçün də döyüşməliyik. Amma belə olan halda belə, Avropa ilə iqtisadi əlaqələri genişləndirə bilərdik. Gömrük İttifaqına üzvlük bu şansı bizim əlimizdən alır. Belə məsələlərdə artıq müstəqil şəkildə qərar verə bilməyəcəyik. Qərarı bizim əvəzimizə Avrasiya iqtisadi komissiyası verəcək. Ermənistan geri dönüşü olmayan yola çıxır və bunun nəticəsi həm Rusiya, həm də Qərbdə bizim üçün yaxşı olmayacaq». Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan bildirib ki, Serj Sərkisyan oktyabrın 2-də Strasburqda çıxış edəcək. Deputat bildirib ki, əgər Ermənistan Avropa İttifaqı ilə assosiativ sənədi imzalayacağını bəyan etsəydi, çıxış etməyə üzü olardı. Gömrük İttifaqına üzv olmaq istəyini bəyan edən Sərkisyan avropalı deputatlara nə deyəcək? “Daşnaksütyun”dan olan deputat Armen Rüstəmyan bildirib ki, Ermənistan Qarabağsız Gömrük İttifaqına üzv ola bilməz. O, ittifaqa üzvlüyünün Qarabağ məsələsinə necə təsir edəcəyinin qaranlıq olduğunu bildirib. Ermənistan parlamentinin spikeri Ovik Abramyan isə bildirib ki, əvvəlcə Ermənistanın problemlərini həll etmək lazımdır, ondan sonra sıra Qarabağa gələcək: “Dağlıq Qarabağ tanınmayan dövlətdir. Buna görə də Gömrük İttifaqına üzv ola bilməz”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info