Elşən Həsənov: “Allah xalqımızı İbrahimbəyov kimi hoqqabazlardan uzaq eləsin”
Tarix: 16.09.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun “milli şura”dakıları aşağılayıcı tərzdə tənqid etməsi və özünün də siyasətdən getdiyini bəyan etməsi müxalif düşərgədə çaxnaşmaya səbəb olub. Müsavata yaxın mətbu orqanda “gördünüz, biz deyirdik ki, ondan bizə lider olmaz, cəbhədəkilər isə üstümüzə tankla gəlirdilər ki, olar!” deyib həyəcanlandıqları halda AXCP hələ ki, susqunluq nümayiş etdirir. Görünür, cəbhəçilər də səhvlərini anlayıblar və deməyə söz tapmırlar. Bu mənzərə isə ümumilikdə siyasət adamları üçün birmənalı qarşılanmır. Kimisi bunu birliyin iflası, kimisi isə ənənəvi anormal bəyanat kimi dəyərləndirir.
Azərbaycan Sosialist Partiyasının (ASP) sədri
Elşən Həsənov vəziyyətin bu həddə gəlib çıxmasını təbii qarşılamağı məsləhət bildi. O, “Palitra”ya verdiyi açıqlamada bunları dedi: “Atalarda bir məsəl var, deyərlər ki, filankəs ya nala vurur ya mıxa. “Mən vahid namizəd olmaq istəyirəm, vahid namizəd olmağa razılıq verən varsa buyursun, vahid namizəd kimi İsa Qəmbəri görürəm, vahid namizəd kimi filankəsləri görürəm” və sair deyən və özlüyündə bəlkə də bunu bir variant və ya gediş kimi qiymətləndirən Rüstəm İbrahimbəyovun hərəkətləri və sözləri elə bu məsəlin tam olaraq həyatdakı əksidir. Əgər yadınızdadırsa, hələ bir müddət öncə onun dediyi "Mən ölümdən də, həbs edilməkdən də qorxuram" ifadəsi ictimaiyyət arasında bir mənalı qarşılanmadı və sərt təpkilərə məruz qaldı. Əcəba, bu necə liderdir ki, yanından yel keçməmiş özünü tabutda, zindanda hiss etdi. Qeyd etmək istərdim ki, belə şəxsi keyfiyyətlərə malik adamın, “milli şura” tərəfindən sonradan hansı əsaslarla vahid namizəd olaraq seçilməsi şübhəli məqamlardan biri olaraq qalmaqdadır. Belə bir oyun nəyə lazım idi və nəyə hesablanmışdı? Mənim gecə yuxuda gördüyünü səhər qaçaraq mətbuata bəyan edən birisinin Moskva və ya Qərbin proyekti olmasına heç vəchlə inanmağım gəlmir.Təsəvvür edin, iki ayın içərisində azı dörd dəfə Bakıya dönəcəyini bəyan etmiş İbrahimbəyov hər dəfə bir bəhanə ilə aradan çıxdı. Ən azı üç dəfə Rusiya vətəndaşlığından imtina ərizəsi yazdığını dilinə gətirdi, cəmisi bir dəfə təkzib etdi, indi də deyir ki, Rusiya vətəndaşlığından çıxmaq mənə sərf eləmir. Gülməlidir, deyilmi?”.
Elşən Həsənov onu da vurğuladı ki, onun yaxın vaxtlarda sədrlikdən istefa verməsi də labüddür: “Hakimiyyəti tənqid atəşinə tutan, namizəd olacağı təqdirdə xarüqələr yaradacağını bəyan edən bu üzdəniraq "siyasətçi" indi müsahibələrində özünün namizədliyə zorla məcbur edildiyini bəyan edir. Dünən bir masa arxasında oturduğu "silahdaş"larını belə, günahlandırmaqdan çəkinməyən bu adamın indi də Cəmil Həsənli ilə görüş keçirəcəyi barədə məlumatlar yayılmaqdadır. Əcəba adam çaşmasın, neyləsin? Yəqin ki, sərsəmi yalnız sərsəm olanlar anlaya bilər. Amma deyəsən adam insafa gəlib. Bu günlərdə bəyan edib ki, mən “milli şura” sədrliyindən istefa verirəm. Allah Azərbaycan xalqını xətadan bəladan və Rüstəm İbrahimbəyov kimi hoqqabazlardan uzaq eləsin”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info