ATU-da Bilik Günü qeyd olundu
Tarix: 16.09.2013 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Tibb Universitetində Bilik Günü münasibətilə toplantı keçirilib. Tədbirdə ATU rektoru Əhliman Əmiraslanov, YAP icra katibi Əli Əhmədov, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli və digər qonaqlar iştirak ediblər.
İlk olaraq akademik Əhliman Əmriaslanov tədris ilinin açılışına toplaşan qonaqları salamladı. Bu il tələbə adını qazanan gəncləri təbrik edən ATU rektoru Azərbaycan dövlətinin səhiyyənin inkişafına göstərdiyi qayğıdan söz açdı. Vaxtilə ATU-nun binasının açılışında ulu öndər Heydər Əliyevin iştirak etdiyini xatırladan Ə.Əmiraslanov bir neçə gün öncə Prezident İlham Əliyevin Tədris-CərrahiyyəKlinikasının açılışına qatıldığını qeyd etdi: “Yeni klinika istər tədris, istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır. Universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Tələbələrimizə yalnız səy göstərib yaxşı oxumaq qalır”.
Akademik Ə.Əmiraslanov gəncləri yaxınlarda keçiriləcək prezident seçkilərində aktiv olmağa, hər kəsi səsvermədə düzgün qərar verməyə çağırdı.
Millət vəkili Əli Əhmədov çıxışında müstəqillik dövrünü xatırlatdı. Həmin illərdə ölkənin bütün sahələrində ağır şəraiti, səhiyyənin pis durumda olduğunu xatırladan Ə.Əhmədov son illərdə vəziyyətin tamamilə dəyişdiyini bildirdi. O, son 10 ildə həm təhsil, həm də səhiyyə sistemində böyük irəliləyiş olduğunu qeyd edərək bu uğurda rolu olduğuna görə ATU rəhbərliyini təbrik etdi.
ATU psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli, kimya kafedrasının rəhbəri Dilqəm Tağıyev də universitetə ilk dəfə qədəm qoyan tələbələri təbrik etdilər, onlara uğur arzuladılar. Qəbul imtahanında ən yüksək bal – 700 bal toplayan və artıq ATU-nun tələbəsi olan Osman Müslümov isə çıxışında bu qədim bilik ocağını seçdiyinə görə fəxr etdiyini söylədi.
Qeyd edək ki, bu il ATU-ya 931 tələbə daxil olub. Onlardan 39 nəfəri Hərbi tibb fakültəsini seçib. Qəbul imtahanında 600 baldan yuxarı toplayan 380 tələbə, 700 bal yığan 2 nəfər indi ATU-nun tələbəsi adını daşıyır. Bu il qəbul olanlar arasında 147 nəfər rezidentura, 10 nəfər magistratura tələbəsidir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info