“İbrahimbəyovun açıqlamaları göstərir ki, şou əhli siyasət üçün yaramır”
Tarix: 16.09.2013 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Onu özlərinə vahid namizəd, mayak seçmiş müxalif siyasətçilərin əslində kim olduqları da yenə üzə çıxdı”

“Milli şura”nın mühacir sədri və seçkidə “eks-namizəd”i Rüstəm İbrahimbəyov hər dəfə danışanda böyük “quş”lar buraxır ki, bu da onun və “milli şura”dakı “dost”larının əsl simasını və onların “qabında nə olduğunu” açıq-aşkar faş edir. Bu dəfə isə mətbuata müsahibəsində kinodramaturq “siyasətçi” “milli şura”da və siyasətdə iflasa uğramasından yaman pərt duruma düşdüyünü və özünü itirdyini gizlədə bilməyib və heç gizlətmək də istəməyib. O, demək olar ki, “affekt” vəziyyətində müsahibə verərkən siyasətə zorla gəldiyini, Əli Kərimli, İsa Qəmbər və sair kimi müxlaif başçılar tərəfindən zorla namizəd kimi irəli sürüldüyünü bildirib, həmçinin müxalif başçıları savadsızlıqda, qanunları bilməməkdə və sair məsələlərdə ağır günahlandırıb, aşağılayıb. Bütün bunlar “milli şura” adlı qurumun bir şou yığnağı olduğunu və mahiyyətindən böyük iddialarla ictimaiyyətə aylarla sırındığını bir daha açıb ortaya qoyur.

“Bu şəxs açıq-aşkar qeyri-ciddi adam təsiri bağışlayır. Onun açıqlamaları bir daha göstərir ki, şou əhli siyasət üçün yaramır. Ona görə də bu adamda mövqe dəyişikliyi və qeyri-ciddilik təbii qarşılanmalıdır. O, hərdənxəyal şəxsdir və ona görə də ciddi səhvlər buraxır”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Palitra”ya bildirdi ki, İbrahimbəyov bu açıqlamalarla gündəmə gəlməklə özünün “milli şura”nın uğursuzluğa düçar olmasında “pay”ını azaltmaq istəyir: “Amma o, bunu da hadisələrin qaynağında, emosional şəkildə etdiyindən, ardıcıl olaraq kobud səhvlər edir. Hazırda gülüş doğuran odur ki, 75 yaşlı bir kişi - Azərbaycanda hakimiyyətə gəlmək istəyən, müxalifətin başında durmağa səy göstərən şəxs indi deyir ki, məni zorla prezidentliyə namizəd etdilər, amma mən bunu istəmirdim. Bu şəxs açıq-aşkar qeyri-ciddi adam təsiri bağışlayır. Onun açıqlamaları bir daha göstərir ki, şou əhli siyasət üçün yaramır. Ona görə də bu adamda mövqe dəyişikliyi və qeyri-ciddilik təbii qarşılanmalıdır. O, hərdənxəyal şəxsdir və ona görə də ciddi səhvlər buraxır. İkincisi, İbrahimbəyov yenə də ardıcıllıq nümayiş etdirmədən bir addım da atıb. Belə bir informasiya aldım ki,o, Tiflisə Cəmil Həsənli ilə görüşə gəlir. Bəs bu nə deməkdir?

“Bir daha bəlli olur ki, bu qüvvələr qeyri-ciddi qüvvələrdir. Burada təmsil olunan şəxslər Azərbaycan müxalifətinin ən zəif halqalarıdır”

Yaxud əcnəbilərin uğursuz “milli şura” layihəsində iştirak etdi, həmin qurumun sədri kimi seçki kampaniyasında təşkilatçı kmi çıxış etmək istəyir, digər yandan da deyir ki, mən siyasətlə məşğul deyiləm. Ümumiyyətlə, o, tamamilə qeyri-ciddi, siyasi cameəyə yaraşmayan bəyanat və fikirləri ilə özünü bir “siyasətçi” kimi çoxdan rüsvay edib. Onun davranışları siyasət aernasında çox böyük bir ləkədir. Ümumiyyətlə, onu özlərinə vahid namizəd, mayak seçmiş müxalif siyasətçilər bu cür davranışlar üz qarasıdır və onların əslində kimliyini göstərir. Bir daha bəlli olur ki, bu qüvvələr qeyri-ciddi qüvvələrdir. Burada təmsil olunan şəxslər Azərbaycan müxalifətinin ən zəif halqalarıdır”.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info