“Dövlət Neft Şirkətində hər il 4 min işçiyə tələbat var”
Tarix: 16.09.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) 66 200 nəfər işçi çalışır. Bunun 44 600 nəfəri isə fəhlə kateqoriyasına aid olan insanlardır. Bu fəhlə kateqoriyasından olan işçilərin də 9-10%-i hər il yenilənir. Bu, yaşla bağlı təqaüdə çıxan və iş yerini dəyişənlərlə bağlıdır. Bu da təqribən 4 min işçi deməkdir. Yəni, ARDNŞ-in hər il 4 min işçiyə ehtiyacı var”.
Bunu ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində yeni tədris ilinin başlaması münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov deyib ki, əvvəllər ARDNŞ bu yeni işçiləri sadəcə küçədən götürürdü: «Lakin 2005-ci ildə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin ilk peşə məktəbi açılıb. Birinci il bura 120 şagird daxil olub. Sonrakı illərdə Sumqayıt peşə məktəbini, üçüncü olaraq Qala peşə məktəbini, sonra isə Dənizdə insan həyatının xilas edilməsi üzrə peşə məktəbini açıb. Bu il də Qobustanda yeni bir məktəb tikilir”. ARDNŞ rəsmisi bildirib ki, bu yeni peşə məktəbində də 400-ə yaxın fəhlə kateqoriyasından olan işçilərin hazırlanmasına başlanılacaq: «Bu məktəblər ARDNŞ-in fəhlə kateqoriyasından olan işçilərə olan tələbatının təqribən 70%-ni ödəyəcək. Və artıq fəhlə kateqoriyasına aid olan işçilər müəssisəyə ən azı III, əlaçı tələbələr isə IV dərəcə ilə işə götürüləcək. Müəssisədə ən yüksək dərəcə isə VI dərəcədir”. X.Məmmədov xatırladıb ki, artıq yeddi ildir ARDNŞ valideyn himayəsindən məhrum olmuş insanları bu tədris mərkəzlərinə müsabiqəsiz qəbul edir: “Bu gün ARDNŞ-in müəssisələrində 50-dən çox bu kateqoriyadan olan uşaqlar çalışır. Çox sevinirik ki, bu gün evsiz-eşiksiz, valideyn himayəsindən məhrum olmuş uşaqlar, X-XI sinifdən sonra uşaq evlərindən çıxmış və getməyə yer tapmayan gənclər bu gün ARDNŞ-də çalışırlar. Bu, Dövlət Neft Şirkətinin ən uğurlu sosial layihəsi sayılır”.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info