BMT ekspertləri Suriyada kimyəvi silahın tətbiqini təsdiqləyiblər
Tarix: 17.09.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Fransa, ABŞ və Böyük Britaniya BMT-dən Suriyaya dair təsirli
qətnamə tələb edirlər

Fransa prezidenti Fransua Olland “TF-1” televiziya kanalında jurnalistlərin suallarına cavab verərkən sentyabrın 14-də Cenevrədə Suriyaya dair danışıqlarda Amerika ilə Rusiya arasında əldə olunan razılaşmanı çox mühüm addım kimi dəyərləndirib və eyni zamanda, deyib ki, bu, son nöqtə deyil. Hərbi müdaxilə bir variant kimi qalmalıdır.
Ölkə başçısı Suriyaya hərbi müdaxilə barədə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşıdakı həftənin sonunda səsə qoyulacağını bəyan edib. Cenevrədəki danışıqlarda Suriyaya konkret vaxt verildiyini xatırladan Fransua Olland həmin müddətdə Bəşər Əsəd rejiminin kimyəvi silaha dair siyahını vaxtında təqdim etməsinin vacibliyini vurğulayıb. Fransua Olland çıxışında ölkəsinin Bəşər Əsədin hakimiyyətdən getməsini istədiyini diqqətə çatdırıb, Suriya böhranının siyasi yolla həllini dəstəklədiyini bildirib. Fransa prezidenti Yelisey sarayında ABŞ Dövlət Departamentinin katibini, Böyük Britaniya və Fransanın xarici işlər nazirlərini qəbul edib. Görüşdə Suriyada yaranmış son vəziyyət və bununla bağlı ABŞ ilə Rusiya arasında əldə olunan razılıq ətrafında fikir mübadiləsi aparılıb. Hər üç dövlət Birləşmiş Millətlər Təşkilatının Suriyaya dair təsirli qətnamə qəbul etməsinin tərəfdarı olduqlarını bəyan edib. ABŞ və Rusiya arasında razılıq əsas götürülməklə, Suriya rejiminin kimyəvi arsenalına nəzarət və onun ləğvi ilə bağlı dəqiq vaxtın müəyyən edilməsinin vacibliyi vurğulanıb. Qeyd edək ki, BMT-nin Suriyada kimyəvi silahın tətbiq olunmasını araşdıran müfəttişləri öz missiyalarını tamamlayaraq baş katib Pan Giu Muna hesabat təqdim ediblər. P. G. Mun qapalı toplantıda Təhlükəsizlik Şurasının üzvlərinə brifinq verəcək. Bundan sonra hesabatın mətni BMT-nin tərksilah məsələləri üzrə idarəsinin saytında açıqlanacaq. “Assicoated Press” xəbər verir ki, Suriyada kimyəvi silahın tətbiqini araşdıran BMT ekspertləri bu barədə sübutları inandırıcı sayıblar. BMT missiyası avqustun 18-dən 31-nə qədər Suriyada təhqiqat aparıb. Toplanan məlumatlar və kimyəvi silahın tətbiq olunduğu ərazilərdən götürülən nümunələrin analizləri əsasında hesabat hazırlanıb. Missiyanın vəzifəsi kimyəvi silahdan istifadə olunub-olunmadığını müəyyənləşdirməkdir. Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğunu söyləmək onların mandatına daxil deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info