“İstərdim ki, iş həyatımın bünövrəsini paytaxtımızda atım”
Tarix: 17.09.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Vasif Kərimli: “Həmyerlilərimizin qrafika
sahəsinə olan marağı günü-gündən artır”


Müsahibmiz Vasif Kərimli 1991-ci ildə Ordubad rayonunda doğulub. Orta təhsilini “British School in Baku” adlı təhsil ocağında başa vurduqdan sonra, ilk olaraq İngiltərənin Newcastle şəhərində 1 illik “Foundation” kursu üzrə təhsil alıb. 2010-cu ildə ailəsinin dəstəyi ilə, dizayn sahəsinə olan marağını peşəkar şəkildə inkişaf etdirmək üçün “Istituto Europeo di Design” universitetinin Barselona filialına transfer olub. Hal-hazırda isə İtaliyanın incəsənət mərkəzi olan Florensiya şəhərində qrafik dizayn üzrə təhsilini davam etdirir.

- Qrafika sənəti bizdə nisbətən yeni sahədir. Sizi hansı səbəb bu sahəyə çəkib?
- İlkin olaraq, “Palitra” qəzetinin heyətini salamlayır və mənə ayrılan vaxtdan dolayı sizlərə öz dərin minnətdarlığımı bildirirəm.
Qrafik dizayn Vətəndə yeni sahə kimi hesab olunsa da, etiraf edim ki, gənclərimizin son dönəmlərdə bu sahəyə olan rəğbəti mənim timsalımda xaricdə qrafika üzrə təhsil alan azərbaycanlı tələbələri həm sevindirir, həm də qürurlandırır.
Daha kiçik yaşlarımdan etibarən incəsənət sahəsində ən böyük ilhamı doğma əmim rəssam Asəf Kərimlidən almışam. Düşünürəm ki, onun layihələrinin, qüsursuz əl işlərinin üzərimdə mühüm təsiri olub.
-Yəqin ki, Vətənə dönüb bu sahədə çalışacaqsınız, yoxsa...?
-Açığı, bu barədə uzun müddətdir düşünürəm və onu bildirmək istərdim ki, artıq 4 ildir Vətəndən uzağam. Məhz buna görə könül istərdi ki, iş həyatımın bünövrəsini paytaxtımızda atım.
- İtaliyada bu sahədə olan yerli dərnək və klublarla əməkdaşlıq edirsiniz?
-Gündəlik layihələrimizlə əlaqədar olaraq qrafika sahəsində yerli və tanınmış simalarla vaxtaşırı müsahibələrimiz olur. Bundan əlavə İtaliyanın digər şəhərlərində təşkil olunan yığıncaqlarda fəal iştirak etməyi də daima nəzər nöqtəsində saxlayırıq.
- Sizin təhsil aldığınız universitetdə azərbaycanlı tələbələrin həmrəyliyi necədir?
-Qeyd edim ki, ötən illə müqayisədə bu il universitetimizdə (Accademia İtaliana) gənc soydaşlarımızın sayı sürətlə artmaqdadır. Bundan savayı həmvətənlilərimizlə birgə Roma şəhərindəki Azərbaycan səfirliyi tərəfindən təşkil olunan mərasimlərə qatılmağı zəruri hesab edirik. Şübhəsiz ki, bu tərz məclislərin düzənlənməsi Azərbaycan gənclərinin bir bayraq altında həmrəy şəkildə irəliləməsinə xidmət edir.
-Artıq üçüncü ölkədir ki, qrafika üzrə təhsil alırsınız və yəqin ki, bu sahədə özünüzə görə nəzəri və praktiki bilgilər əldə edibsiniz. Sizcə, Azərbaycanda bu sahəni necə inkişaf etdirmək olar?
-Bu bir qədər düşündürücü və maraqlı sualdır. Lakin az öncə vurğuladığım kimi, sevindirici bir haldır ki, həmyerlilərimizin bu sahəyə olan marağı günü-gündən artır. Fəqət gənc nəslin öz xəyallarını reallaşdıra bilməməsi bəzən valideynlərin övladlarından əsirgədiyi mənəvi dəstəkdən irəli gəlir. Digər hallarda isə təəssüf ki, Azərbaycanda bu sahə üzrə iş şöbələrində əcnəbi kadrlara daha çox üstünlük verilir. Bu sahənin Azərbaycanımızda peşəkarcasına inkişaf prosesi hələ də öz dövrünün ən son pilləsini görməyib. Buna istinadən zənnimcə incəsənət sahəsi üzrə Avropada və digər xarici ölkələrdə fəaliyyət göstərən müəyyən təhsil ocaqlarının dövlət proqramının siyahısına salınması bu məsələnin inkişafı yolunda əhəmiyyətli bir addım olacaq.
-Özünüzü gələcəyin tanınmış qrafika dizayneri kimi görürsünüzmü?
-Qrafik dizayn olduqca qəliz və şaxəli bir sahədir və bu ixtisas üzrə layiqi bir nöqtəyə gəlmək üçün, bu amal naminə bir çox qurban vermək tələb olunur. Bu peşə üzrə illər boyunca ən böyük dəstək aldığım şəxs, atamın da xatırlatdığı kimi keçən hər bir dəqiqədən səmərəli şəkildə bəhrələnmək ən önəmli şərtdir. Son olaraq qeyd etmək istəyirəm ki, dizayn dünyasına yenilik gətirmək məqsədiylə sərf etdiyim əməyin gələcəkdə lazımi bəhrəsini büruzə verəcəyinə əminəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info