Yunanıstanda kütləvi tətillər həftəsi başlayıb
Tarix: 17.09.2013 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Beynəlxalq kreditorlar “üçlüyünü” missiyasının - Avropa İttifaqının, Avropa Mərkəzi Bankının və Beynəlxalq Valyuta Fondunun nümayəndələrinin Yunanıstana gəlişi ərəfəsində bu ölkəyə kütləvi tətillər həftəsi başlayıb. Həmin nümayəndələr Yunanıstanda struktur islahatların gedişini qiymətləndirməlidirlər.
Dövlət sektorunda islahatlar çərçivəsində işdən azad edilmək qorxusu ilə üzləşmiş müəllimlərin “ehtiyat işçilər” kateqoriyasına keçirilməsinə etiraz əlaməti olaraq, Orta Təhsil İşçiləri Federasiyası 5 günlük aksiya keçirəcək. Müəllimlərin həmin kateqoriyaya köçürülməsi “üçlüyün” irəli sürdüyü tələblərdən biridir. Afinanın bir sıra ali məktəblərinin müəllimlərinin də iştirak edəcəyi bu tətil nəticəsində məktəblərin qeyri-müəyyən müddətə bağlanması gözlənilir. Sığorta pensiya fondlarının, Əməkçilərin Məşğulluğu Təşkilatının, habelə Əmək, Sosial Sığorta və Təminat Nazirliyinin işçiləri də tətilçilərə qoşulacaqlar. Hökumətin minlərlə dövlət qulluqçusunu ehtiyat işçilər kateqoriyasına keçirmək siyasətinə etiraz əlaməti olaraq sentyabrın 18-19-da Dövlət Sektoru Həmkarlar İttifaqlarının Ali Şurası (ADEDİ) sentyabrın 48 saatlıq tətil keçirəcək. Özəl sektorun aparıcı həmkarlar ittifaqları federasiyası - Yunanıstan Ümumi Əmək Konfederasiyası da həmrəylik əlaməti olaraq sentyabrın 18-də 4 saatlıq tətil keçirəcək. Yunanıstan ümid edir ki, Avropa qrupunun oktyabrın 15-də keçiriləcək iclasına qədər onun maliyyə auditi başa çatdırılacaq. Afinanın bir milyard avro məbləğində kreditlərin növbəti mikrotranşını alıb-almayacağı məsələsi barədə qərar həmin iclasda qəbul edilməlidir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info