Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”
Tarix: 25.12.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


“Ötən il Ermənistandakı iqtisadi artım 5 faiz səviyyəsində göstərilirdi. Cari lin sonu üçün bu “tərəqqi” artaraq 6.5 və ya 7 faiz göstərilir. Əslində isə bütün bunlar hakimiyyətin “iqtisadi inqilab” oyununun şişirdilmiş rəqəmlərindən başqa bir şey deyi”.
Bu fikirləri ilin yekunlarına həsr olunmuş konfransda səsləndirən Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Paşinyan hakimiyyətinin ölkədəki investisiya göstəriciləri barədə də xalqa yanlış məlumat verdiyini bildirib. Doğrudur, ötən il Ermənistanda məvaciblər 3,8 faiz artsa da, həmin ərəfədə inflyasiya da artaraq 2,5 faizə çatmışdı. Bu il isə inflyasiya daha 1.5 faiz artıb. Sabiq nazirə görə, bütün bunlar, ölkə rəsmilərinin nəzərində “tərəqqi” kimi təqdim olunsa da, əslində onların maliyyələşdirilən pensiya sistemini gəlir hesab etmələri düzgün deyil. Baqratyanın fikrincə, korrupsiyaya qarşı mübarizənin əsas göstəricisi vergilərin ÜDM-yə nisbətidir. Bu il vergilərin keçən illə müqayisədə 15 faiz çox, yəni 200-220 milyard dram civarında toplanacağını diqqətə çatdıran, sabiq nazir, çıxış yolu kimi, dramın məzənnəsini artırmaqda görür. Onun fikrincə, əgər Mərkəzi Bank belə etməzsə, bu halda ölkənini yaşayış səviyyəsinin 2,5-3 dəfə enmə təhlükəsi yaşana bilər: “ Bu isə Ermənistanı “iqtisadi qəbristanlığ” çevirə bilər”.
P.S. Yeri gəlmişkən, onu da qeyd edək ki, Baqratyan qarşıdakı 2020-2021-ci illərdə də Ermənistandakı iqtisadi vəziyyətin yaxşılaşacağına ümid etmədiyini bildirib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
18.02.2020
“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
13.02.2020
“Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
11.02.2020
Demokratı Hikmət Hacızadə olan müxalifət...
10.02.2020
“Paşinyan dövləti idarə etmək iqtidarında deyil”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info