“Nyus.am”: “Ermənistan kriminal ölkəyə çevrilib”
Tarix: 17.09.2013 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Bu ilin yanvar-avqust ayları ərzində cinayətkarlıq ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz artıb”
“Əmlakın mənimsənilməsi ilə bağlı cinayətlərin artması ölkədəki sosial-iqtisadi situasiyanın ağır olması ilə bağlıdır. Cəmiyyətdə təbəqələşmənin kəskin artması və yoxsulluğun getdikcə daha geniş miqyas alması cinayətkarlığın artması üçün münbit şərait yaradır”
Aclıqdan, səfalətdən dünyanın dörd bir tərəfinə səpələnən ermənilər məskunlaşdığı ölkələrdə ancaq cinayət xəbərləri ilə gündəmə gəlirlər. İstər Avropa ölkələri olsun, istər MDB, istərsə də okeanın o tayı. Son illərdə dünyanın müxtəlif ölkələrində üstü açılan cinayətkar qruplaşmaların arasında ermənilərin öz «payı» var. Rusiyanın müxtəlif regionlarında, Avropa ölkələrində, xüsusən Fransada, ABŞ-da müxtəlif dələduzluq, saxtakarlıq, qətl törətməkdə təqsirli bilinən çoxlu erməni birləşmələr ifşa edilib. Səpələndikləri ölkələrdə ancaq cinayət əməlləri ilə gündəmə gələn ermənilərin öz ölkələrində vəziyyət bundan da acınacaqlıdır. Yəni, onlar xarici ölkələrə miqrasiya edərkən artıq öz ölkələrində oğurluq və digər cinayətlər sahəsində tam ixtisaslaşmış halda olurlar. Ermənistanda son illər üçün açıqlanan rəsmi statistika da bunu təsdiqləyir ki, cinayətlər durmadan artır. Elə bu ilin geridə qalan ayları ərzində də cinayətkarlığın sayında ciddi artım qeydə alınıb. Bu haqda məlumat verən “Nyus.am” rəsmi mənbələrə istinadən yazır ki, kriminal ölkəyə çevrilən Ermənistanda bu ilin yanvar-avqust ayları ərzində cinayətkarlıq ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz (948 fakt çox) artıb. Bu cinayət əməllərinin arasında ”şəxsi əmlakın mənimsənilməsi” liderlik edir. Ötən illə müqayisədə ermənilər arasında şəxsi əmlakın mənimsənilməsi 680 fakt və ya 25,4 faiz artıb. Qeydə alınan hər 3 cinayətdən biri şəxsi əmlakın mənimsənilməsi ilə bağlı olur. “Nyus.am” yazır ki, əmlakın mənimsənilməsi ilə bağlı cinayətlərin artması ölkədəki sosial-iqtisadi situasiyanın ağır olması ilə bağlıdır: “Cəmiyyətdə təbəqələşmənin kəskin artması və yoxsulluğun getdikcə daha geniş miqyas alması cinayətkarlığın artması üçün münbit şərait yaradır. Doğrudur, burada psixoloji amillər, ətraf mühit də mühüm rol oynayır. Kriminalın ideallaşdırıldığı bəzi təbəqələrin, yerli və xarici teleserialların təsirini də unutmaq lazım deyil”. Məlumatda qeyd edilir ki, cinayətkarlığın statistikasında artıma görə ikinci sırada soyğunçuluq dayanır. Ən dəhşətlisi odur ki, sağlamlığa zərbə vurma, silah və ya kəsici alətlərin köməyi ilə zorla həyata keçirilmə halları xüsusilə artıb. “Nyus.am” yazır ki, cinayət əməllərinin arasında Ermənistanda ən geniş yayılanı gizli, şəxsi həyata zərbə vurmadan həyata keçirilən oğurluqdur. Bu ilin ilk 8 ayı ərzində Ermənistanda 2674 oğurluq faktı qeydə alınıb. Bu da ötən il qeydə alınan göstəricidən (1435) çoxdur: «Nəzərə almaq lazımdır ki, bu rəqəmlər cinayət aysberqinin sadəcə görünən tərəfidir. Ən azı ona görə ki, yolda, avtobusda pulqabısı, müxtəlif şəxsi əşyası oğurlananların bir çoxu faydasız olduğu üçün heç polisə müraciət etmir. Bu sırada mənzil oğurluqlarının xüsusi çəkisi var. Bu ilin yanvar-avqust ayları ərzində 772 mənzil oğurluğu faktı qeydə alınıb. Bu, son 9 ildə qeydə alınan ən yüksək göstəricidir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info