“Paşinyanı 700 mindən artıq yoxsulun taleyi maraqlandırmır”
Tarix: 26.12.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Ağasəf Babayev |

“Qolos Armenii”: “Paşinyanın kriminal-oliqarx rejimin nümayəndələri kimi göstərdiyi şəxslər indi də hakimiyyətin yanında yer alırlar”

Kiçik bir ölkə olan Ermənistandakı hər şey göz önündədir. Belə ki, Paşinyan hakimiyyətə gələndən bəri ölkə mediası onun ailə üzvləri, bacıları, həyat yoldaşı, qohumları, uşaqlıq dostları barədə xalqı məlumatlandırır. Ermənistan cəmiyyəti Paşinyan və onun ətrafının dünəni ilə bu günü, artan maliyyə xərcləri barədə məlumatlıdır.
Cəmiyyət onların cibinə girib pullarını talayan Paşinyanın indi də 55 milyon dollarlıq şəxsi təyyarə almaq həvəsinə düşdüyünü yaxşı görür. Erməni saytları yazır ki, xaş qonaqlığı üçün bir gündə 290 min dram ödəyən baş naziri ölkədəki 700 mindən artıq yoxsulun taleyi maraqlandırmır. “Qolos Armenii” saytı yazır: “Axşam yatıb, səhər oyanan kimi xalqa «Facebook» səhifəsi vasitəsilə ölkədə iqtisadi fəallığın 10,1, ixrac artımının isə 25,7 faiz artdığı barədə söylədiyi nağıla, görən, özü inanırmı?”. Sayt yazır ki, xalq artıq baş nazirin özünü onlardan təcrid edərək, xalqı savadsız məmurların ağuşuna atdığını anlamağa başlayıb: “Əslində, xalq bunu çoxdan dərk etməyə başlamışdı. Hələ 2018-ci ilin dekabr seçkilərində xalqın Nikola, ounu naşılığına olan münasibəti az da olsa sezilməyə başlamışdı. Təsadüfi deyil ki, həmin seçkiyə seçicilərin yalnız 40 faizi qatılmışdı. Seçicilərin 60 faizi hələ də tərəddüd məngənəsindədir”. Paşinyanın məziyyətləri barədə danışan “Qolos Prmenii” saytı bu gün ölkədəki rəzil yaşamın əsas günahkarı kimi, məhz baş nazir Paşinyanı və ətrafının yarıtmaz fəaliyyətini görür. Sayt, hazırda Ermənistanda xalqla ultimatum dilində danışmağın da əsasının məhz Paşinyan və onun yarıtmaz nazirlərinin qoyduğunu etiraf edir. Saytın başqa bir etirafı Nikolun başa çatmaqda olan ildə özünü xalqın nifrət mühitindən qorumaq üçün xərclədiyi vəsaitlə bağlıdır: “Əslinə qalsa, xərclənən vəsaiti Paşinyan «korrupsiyaya qarşı mübarizə» adı altında xalqa sırımağa çalışır”.
Qeyd edək ki, sayt Ermənistandakı hazırkı durumdan Nikolun xanımının da yararlanmağa başladığını, onun artıq oliqarxa çevrilməsinə diqqət çəkir. Sayt yazır ki, Nikolun dünənədək, kriminal-oliqarx rejimin nümayəndələri kimi göstərdiyi insanların əksəriyyəti bu gün hakimiyyətin yanında yer almaqdadırlar: “Hakimiyyətə gəldiyi ilk gündən oliqarxiyaya son verəcəyini vəd edən Paşinyan bun gün onların əksəriyyətinin xidmətindən yararlanmaqdadır. Təsadüfi deyil ki, ölkədə keçirilən son seçkilərdə «Mənim addımım» blokunun seçki xərclərini də oliqarxların öz üzərinə götürdükləri barədə xəbərlər hələ də səngiməyib”.
Başa çatmaqda olan 2019-cu ili Ermənistan üçün repressiyalar ili kimi xarakterizə edən sayt Nikolun siyasi rəqiblərini qorxu altında saxlamaqdan xüsusi zövq aldığını qeyd edir.





 
Müəllifin son yazıları

23.07.2020 Ermənilər qanadı altına sığındıqları Rusiyadan yenə də narazıdırlar?
14.02.2020 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
16.09.2019 “Uğursuz siyasətin bütün məsuliyyəti Paşinyanın üzərinə düşür”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info