Əhməd Oruc: “Milli şura” İbrahimbəyovdan aldığı zərbələrlə antitəbliğata başladı”
Tarix: 17.09.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının başlanmasına start verilməsindən çox keçmədi ki, namizədlər öz təbliğatları istiqamətində fəaliyyətə başladılar. Bu işdə yarıtmaz görünən isə yenə də “milli şura” oldu. Belə ki, qurumun sədri Rüstəm İbrahimbəyov mətbuata sensasion açıqlamalar verərək müxalifətin daşını daş üstə qoymadı. O, bu cür açıqlamalarla onsuz da hörməti sıfra bərabər olan müxalif düşərgənin namizədini də çətin durumda qoydu.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “Palitra”ya verdiyi açıqlamada radikal düşərgədə atılan belə anormal addımların seçkidən sonra da davam edəcəyini söylədi. O, Rüstəm İbrahimbəyovun durub məhz təbliğat kampaniyasının başladığı vaxtda müxalifəti yıxıb-sürüməsini də təsadüfi saymadı. Görünür, bununla o, bəzi liderlərdən heyfini çıxmış oldu: “Əslində indiki dönəmdə Rüstəm İbrahimbəyovun nə deməsi, öz fəaliyyətini nə cür qurması o qədər də əhəmiyyətli, diqqət çəkən məsələ deyil. Amma görünən odur ki, doğrudan da “milli şura” öz sədrindən aldığı zərbələrlə antitəbliğata başladı. Ölkədə seçkilərə ciddi hazırlıqların getdiyi vaxtda “milli şura”da neqativ proseslər müşahidə olunur. Bir sıra partiyalar və ya siyasətçilər oranı tərk edir, birlikdə olan səlahiyyətli şəxslər ciddi ittihamlarla çıxış edirlər. Ona görə də, hazırda diqqətin məhz bu şəxsin üzərinə yönəldilməsini doğru saymıram. Onun kitabı çoxdan bağlanıb. Sonda göründü ki, Rüstəm İbrahimbəyov və onun yaratdığı birlik müxalifətin başını qatmaq və onları xaos halında idarə etmək üçün hansısa qüvvələrin projesindən başqa bir şey deyilmiş”.
Əhməd Oruc onu da bildirdi ki, siyasətdə burnunun ucundan o yanı görməyənlər kateqoriyasına aid olan Rüstəm İbrahimbəyovun aqressiv görünməsinin maliyyə məsələləri ilə bağlı olması da mümkündür: “Bu qurumda ehtimal olunur ki, maliyyə problemləri də yaranıb. Görünür, Rüstəm bəy də daha maliyyə ayırmaq istəyində deyil. Açığı, “milli şura”nın maliyyə məsələsində ən çox böyük uğursuzluq onların Azərbaycan mentalitetinə o qədər də uyğun olmayan bir modeli seçmələri oldu. Ortaya gülünc bir ideya atdılar ki, hərədən bir manat yığılsın... Bu, bizdə bir qədər pis səslənir və sanki yolçuluq edirlərmiş kimi görünür. Ona görə də cəmiyyətdə bu ideya lağa qoyuldu və bundan sonra da bir manat aksiyasının effektli olacağına inanmıram. Diqqətin indiki dövrdə seçkilərdə vahid namizəddən yayındırılıb Rüstəm İbrahimbəyova yönəldilməsini o qədər də əhəmiyyətli hesab etmirəm. Bu adam özü də aşkar bəyan edir ki, “bu, bir oyun idi, mən düşdüm onun içinə və indi də çabalayıram ki, çıxam”. Əslində isə o, bu fikirlərində də səmimi deyil. Amma olaylar artıq keçmişdə qaldı. İndi gələcəkdən danışmaq lazımdır”.
Azadlıq Partiyasının sədri dağılmaq üzrə olan “milli şura”nın sonrakı taleyi haqda maraqlanmadığını da söylədi. O, radikalların birlik dağılandan sonra ona ediləcək yeni əməkdaşlıq təkliflərinə də isti yanaşmayacağını vurğuladı: “Açığı, seçkidən sonrakı dövr üçün mənim öz layihəm var. Bir neçə partiya ilə hansısa ideyalara söykənən və istiqamət götürən birliyin yaradılmasına çalışacağıq. Məni ən çox narahat edən məsələ odur ki, Azərbaycandakı bir çox siyasi qüvvələr kənar qüvvələrin təsiri ilə hakimiyyətə gəlməkdə maraqlı görünürlər. Bu da təhlükəli amildir. Yəni kənar qüvvələrin Azərbaycanda hakimiyyətə gətirəcəyi insanlar ölkənin, xalqın deyil, xarici qüvvələrin marağına xidmət edəcək. Bu, çox təhlükəli bir tendensiyadır. Bu tendensiyanın gələcəkdə baş verməməsi üçün bir proyekt və layihə haqda düşünürəm. Bir neçə partiya sədri ilə bu məsələləri də müzakirə edəcəyik. Milli demokratik dəyərlərə, düşüncəyə sadiq bir gücün meydanda olması və formalaşdırılması istiqamətində ciddi addımlar atmaq istəyirəm. Buna nə qədər nail olub-olmayacağımızı inşallah, yaxın gələcək göstərəcək. Biz seçkilərdə iştirak edə bilmədik. Buna görə də tam gücümüzlə bu iş istiqamətində çalışmağa başlayacam və yaxın vaxtlarda bu istiqamətdə daha intensiv şəkildə danışıqlar aparılacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info