İtaliyanın nümayəndə heyəti BSU-da
Tarix: 17.09.2013 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


BSU-nun mətbuat xidmətindən verilən xəbərə görə, dünən İtaliyanın Çerveteri şəhərinin meri Alessio Paskuççi və onun rəhbərlik etdiyi nümayəndə heyəti (şəhər meriyasında turizm şöbəsinin müdiri Lorenzo Kroçi və sahibkar Hugo Riççi) ilə görüş keçirilib. BSU-nun rektoru, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən görüşdə AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, İlyas Babayev, Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva, tarix üzrə fəlsəfə doktoru (2012-ci ildə Çerveteri şəhərinə ezam olunmuş) Nigar Gözəlova və BSU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anya Bayramova da iştirak etmişlər.
Görüşün məqsədi İtaliyanın Çerveteri şəhəri ilə AMEA arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi və bu əməkdaşlığın sərhədlərinin müəyyənləşdirilməsi olub.
Professor K.Abdullayev Çerveteri şəhəri ilə qurulan əlaqələrin Azərbaycan-İtaliya münasibətlərinin inkişafında böyük rol oynadığını qeyd edib. O, 2012-ci ildə Çerveteri şəhərinə ezam olunmuş AMEA əməkdaşları və onların fəaliyyəti haqqında məlumat vermiş, Çerveteri şəhərindəki tarixi abidələrin, etrusk mədəniyyətinin artıq Azərbaycan alimlərinin marağına səbəb olduğunu diqqətə çatdırıb.
Görüşdə şəhər haqqında ətraflı məlumat verən mer Alessio Paskuççi Azərbaycana gəlişinin əsas məqsədi şəhərin tarixi, arxeoloji irsinin təbliği, etruskların tarixi köklərinin araşdırılmasına azərbaycanlı alimlərin cəlb edilməsi olduğunu qeyd edib. O bildib ki, Çerveteri şəhərinin adı artıq 10 ildir ki, YUNESKO-nun maddi-mədəni irsi siyahısına daxil olub. Mer 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Luvrda, 2014-cü ilin yayında isə Romada, may ayında paralel olaraq Çerveteridə etrusk mədəniyyəti, arxeoloji tapıntılara həsr olunmuş sərginin təşkil olunacağı haqqında məlumat vermişdir. Alessio Paskuççi Çerveteridə nəzərdə tutulan sərgidə digər ərazilərdən tapılmış eksponatların da nümayiş etdiriləcəyini bildirmişdir. Öz qədim köklərinin Azərbaycanla bağlı olduğunu iddia edən mer Azərbaycan alimlərini qeyd olunan sərgiyə və qədim köklərin araşdırılmasında birgə əməkdaşlığa dəvət etmişdir. O, həmçinin şəhərə məxsus kitabxananın Azərbaycanla bağlı məlumatlarla zənginləşdirmək istədiyini də xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, İlyas Babayev Azərbaycan tarixi, qədim türk və İtaliya mədəniyyətlərinin ümumi kökləri və Azərbaycan-İtaliya tarixi əlaqələri haqqında ətraflı məlumat verib.
Görüşdə şəhər meriyasında turizm şöbəsinin müdiri Lorenzo Kroçi və sahibkar Hugo Riççi də mövzu ətrafında fikir mübadiləsi aparmışlar.
Sonda Azərbaycanda da Çerveterini təmsil edən sərginin təşkil edilməsi, Azərbaycan-İtaliya tarixi münasibətlərini əks etdirən kitab nəşr olunması, eləcə də beynəlxalq konfrans keçirilməsi qərara alınıb. Qonaqlar yüksək qonaqpərvərliyə və elmin inkişafına göstərdiyi qayğıya görə professor Kamal Abdullayevə öz təşəkkürlərini bildiriblər.

BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info