Bütün türk dünyasına örnək olan gənclər siyasəti
Tarix: 17.09.2013 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“İslahatçı Gənclər” İctimai Birliyinin (İB) dəvəti ilə İstanbul Türk Ocağı Gənclik Qollarının rəhbəri Barış Onur Sarqın və bu qurumun türk dünyası üzrə əlaqələndiricisi Almıla Maraş Bakıda səfərdə olublar.
Bu barədə İB-nin sədri Fərid Şahbazlı məlumat verib. Bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.
Türkiyəli gənclər Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovla görüşüblər. Görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafında gənclərin rolu ilə bağlı müzakirələr aparılıb.
Daha sonra onlar “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim və Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova ilə görüşüblər.
İstanbul Türk Ocağı Gənclik Qollarının təmsilçiləri, eyni zamanda, Bakıda keçirilən gənclər təşkilatlarının birinci milli konqresinə də qatılıblar.
Bakı səfərindən razılıqlarını bildirən türkiyəli gənclər Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bütün türk dünyasına örnək olduğunu vurğulayıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info