Aşot Yegiazaryan: “Sərkisyanın siyasəti Ermənistanı dalana aparır”
Tarix: 17.09.2013 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Ermənistan müstəqil qərar qəbul etmək hüququndan məhrum olub. Bu, nəinki suverenliklə bir araya sığmır, həm də çox təhlükəli tendensiyadır”

“Gömrük İttifaqından iqtisadi inkişaf, yeni iş yerlərinin açılmasını gözləmək absurddur”


Ermənistan dövlət başçısı Serj Sərkisyanın Gömrük İttifaqına üzv olmaqla bağlı mövqe ortaya qoymasına münasibət bildirən iqtisadçı ekspert Aşot Yegiazaryan bildirib ki, Moskvada səslənən bəyanat çoxları üçün gözlənilməz olub. “Lragir”ə açıqlama verən ekspert qeyd edib ki, Sərkisyanın bu seçimi son illər ərzində həyata keçirilən xarici siyasət kursunun dəyişməsidir: «Bu, o deməkdir ki, Ermənistan asılı olmaq yolunu tutub. Bu da iqtisadiyyatın tənəzzülünə səbəb olacaq. Ermənistanın şansı var idi ki, Avropa ailəsinin üzvü olsun. Bu bizə dünya iqtisadiyyatı və siyasətində onsuz da zəif olan mövqeyimizi gücləndirməyə imkan verə bilərdi. Beynəlxalq siyasətin subyekti kimi yeni səviyyədə özümüzü təqdim edə, təhlükəsizlik sistemini möhkəmləndirə bilərdik. Bu qərar Ermənistanın və erməni xalqının marağına uyğun deyil. Seçilən bu yol bizi dalana aparır. Mənə elə gəlir ki, hələ sürprizlər olacaq. Rusiyanın təşəbbüsü ilə postsovet məkanında startı verilən inteqrasiya prosesi klassik inteqrasiya modeli kimi dəyərləndirilə bilməz. Bu, daha çox bir tərəfin diktatorluq etdiyi imperiya siyasətinə bənzəyir. Daha doğrusu, Rusiya öz maraqlarından çıxış edərək digər ölkələrə öz hökmünü diktə etmək istəyir. Belə olan halda Ermənistanın istismar olunması imkanları daha da artır. Mən dəqiq bilirəm ki, Rusiyanın enerji şirkətləri təsir dairələrində olan ölkələrin hesabına enerji bazarlarını genişləndirmək istəyirlər. Ermənistan üçün bir çox siyasi-iqtisadi, hətta təhlükəsizliklə bağlı problemlər yaranacaq. Axı, Ermənistan müstəqil qərar qəbul etmək hüququndan məhrum olub. Bu, nəinki suverenliklə bir araya sığmır, həm də çox təhlükəli tendensiyadır. Çox şey regionda baş verən proseslərdən, ABŞ və Avropanın mövqeyindən asılı olacaq». Ekspert qeyd edib ki, Gömrük İttifaqına üzv olmaq Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Dünya Bankının araşdırmaları təsdiqləyir ki, Avrasiya təşəbbüsü üzv ölkələrin texnoloji inkişafını yüksəltməyəcək. Əksinə, proses ölkələrin izolyasiya olunmasına səbəbə olacaq. Belə iqtisadi və siyasi dalan divarın arxasında qalan Ermənistan üçün çox təhlükəlidir. İqtisadi, sosial, demoqrafik və siyasi baxımdan ciddi təhlükələr yaranacaq. Gömrük İttifaqı üzv dövlətlərin və bizim ölkənin vəziyyətini nəzərə alsaq Ermənistan üçün yaxşı heç nə vəd olunmur. Əksinə, Gömrük İttifaqına üzv olmaq bizə ziyan vuracaq, həyat səviyyəsinin aşağı salacaq. Dünya bazarından qovularaq Rusiyanın təsir dairəsinə atılan Ermənistan nə versələr, ancaq onu ölkəyə gətirməyə məcbur olacaq. Bu isə büdcəyə faciəli şəkildə zərbə vuracaq. Ermənistan ittifaqa üzv ölkələrlə ümumi sərhədlərə malik olmadığından əlavə texniki xərclər yaranacaq. Deməli, Ermənistan indiki kiçik gəlirlərindən də məhrum olacaq. Gömrük İttifaqından iqtisadi inkişaf, yeni iş yerlərinin açılmasını gözləmək absurddur. Belə inkişafı Avropa İttifaqı ilə əməkdaşlıqda əldə edə bilərdik. Heç Ermənistan özü də Gömrük İttifaqına üzv olan dövlətlərə nəsə təklif etmək iqtidarında deyil”.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info