Niyə Kərimli və Qəmbər Cəmil Həsənlinin yerinə danışmaq istəyir?
Tarix: 17.09.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Milli şura”nın namizədi Cəmil Həsənlinin əslində oyuncaq namizəd olması barədə mətbuatda dəfələrlə yazılar gedib, bunu əsaslandıran kifayət qədər faktlar da ortaya çıxıb. Onun seçkilərdə iştirakının formal olması və Cəmil Həsənlinin arxasında duran komandanın seçki təbliğatından istifadə edib özlərinin də təbliğini aparacaqları barədə artıq işartılar da ortaya çıxıb. Belə ki, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin namizədlərin İctimai Televiziyadakı debatlarında “milli şura”nın vahid namizədi Cəmil Həsənlinin yerinə iştirak etmələri üçün müzakirələr aparılır.
Bu barədə sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, artıq bununla bağlı razılıq da var. “Milli şura”nın namizədi Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev bu barədə deyib: “Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin də debatlarda Cəmil Həsənlinin yerinə iştirak etməsi ilə bağlı müzakirələr gedir. Hər hansı bir qərar olsa, mətbuata açıqlama veriləcək”.
Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli “milli şura”nın namizədinin təbliğat kampaniyasında ilk gündən aktiv fəaliyyətə başlayıblar.
“Namizədlərin pulsuz efir vaxtında müəyyən sahələrin müzakirəsindən asılı olaraq həm səlahiyyətli nümayəndələr, həm də Cəmil Həsənli özü iştirak edəcək”deyə O.Güləliyev vurğulayıb. Əslində prezidentliyə namizədin əvəzinə onun səlahiyyətli nümayəndəsinin efirdən çıxış etməsi təbii hal olsa da bunu məhz iki şəxsin –Əli Kərimli ilə İsa Qəmbərin yerinə yetirməsi maraq doğurur. Niyə KXCP sədri Mirmahmud Mirəlioğlu və ya Sülhəddin Əkbər və digər “milli şura”nın aparıcı şəxləri bu siyahıya salınmayıblar? Görünür, bu işdə də qurumda yeni narazılıqlar baş qaldıracaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info