“Milli şura”ya ayrılan pulun əsas hissəsi Əli Kərimli, Namazov və Qəmbər arasında bölüşdürülüb”
Tarix: 17.09.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Ramiz Tağıyev: “Milli şura”nın liderləri həmin vəsaiti ortaya çıxarmadılar”

Məlum olduğu kimi, “milli şura” adlı müxalifət qurumunda müxalifət başçıları İbrahimbəyovu, əsl məqsədləri seçkidə Rüstəm “bəy”dən pul qazanmaq olmaqla, dəstəkləməyə vadar oldular. Bu barədə istər ictimaiyyətdə, istərsə də müxalifət düşərgəsində kifayət qədər rəylər mövcuddur.

Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin məhz bu niyyətlərlə verdikləri "dəstəyə" görə İbrahimbəyovdan maliyyə umduqları tamamilə real idi. Çünki hər seçki ərəfəsində müxalif başçılar qaz vurub-qazan doldurmaq üçün məhz bu cür maliyyə mənbəyi axtarışına çıxırlar. Bu seçki ərəfəsində isə bu baxımdan əsl “xam” bir mənbə tapılmışdı ki, bu da Rüstəm İbrahimbəyov idi. Müxalifət düşərgəsinə mənsub nümayəndələr də “milli şura”da məhz bu pul üstündə dava-mərəkələrin qopduğunu tez-tez bildirirlər. Xüsusilə, həmin ənənəvi müxalif başçılarla vaxtilə yaxın olmuş, onların hər xasiyyətinə və xislətinə yaxşı bələd olan insanların dilindən bu barədə fikirlər eşitmək maraqlıdır. Elə “Palitra”ya bu barədə açıqlama verən keçmiş AXCP funksioneri, Əli Kərimlinin vaxtilə müşaviri olmuş Ramiz Tağıyevin fikirləri də diqqət çəkir. Xatırladaq ki, o, 2005-ci ildə Əli Kərimlini bir sıra məsələlərdə, o cümlədən maliyyə yeyintilərində ittiham edərək, ondan uzaqlaşmışdı…

“Cəmil Həsənli də həmin kateqoriyaya uyğun
siyasətçidir. Xatırlayırsınızsa, 2005-ci ildə mənsub olduğu AXCP və ümumən müxalifətin Milli Məclisə getməmək çağırışlarına məhəl qoymadan deputatlıq mandatından imtina etməmişdi”


Hazırda Canımız Azərbaycan Naminə Partiyasının sədri olan R.Tağıyev məsələ ilə bağlı fikirlərini belə qeyd etdi: “Əvvəla onu deməliyəm ki, müxalifət prezident seçkilərindən çox öncə bilirdi ki, hazırkı Prezidentlə mübarizə aparmağa qadir deyil. İkincisi, ənənəvi radikal müxalifət onu da çox yaxşı bilir ki, ölkə idarə etmək onların işi deyil. Bir ay davamlı bir yerdə addımlaya bilməyənlər ölkə idarə etmək qədər məsuliyyətli işin öhdəsindən gələ bilərlərmi?! Onları tanıdığım zamandan bilirəm ki, hər seçki marafonundan onlar nə qədər qazanacağı uğrunda yalnız bir-biriləriylə rəqabət aparıb belə şoularla ətraflarında qalmış 5-10 diletantı aldatmaq istəyirlər. Çox təəssüf ki, müəyyən qədər buna nail olurlar. Sirr deyil ki, müxalifətin bir qrupunun cəmləşdiyi “milli şura” adlanan qurum Rusiyadakı müəyyən dairələrdən ciddi maliyyə dəstəyi aldı. Məğlub olacaqlarını öncədən dərk edən “milli şura”nın liderləri həmin vəsaiti ortaya çıxarmadılar.

“Əli Kərimli Fərhad Əliyevdən milyonlarla vəsait qoparıb və həmin vəsaiti bir çox xarici ölkələrdə villa almağa, biznesini qurmağa sərf edib”

Vəsaitin əsas hissəsinin Əli Kərimli, Eldar Namazov və İsa Qəmbər arasında bölüşdürüldüyü məlum olub. Xatırlayırsınızsa, 2005 -ci il parlament seçkiləri zamanı Əli Kərimli hazırda həbsxana həyatı yaşayan sabiq iqtisadi inkisaf naziri Fərhad Əliyevdən milyonlarla vəsait qopara bilmiş və həmin vəsaiti bir çox xarici ölkələrdə villa almağa, biznesini qurmağa sərf edə bilmişdi. Bilirsiniz ki, onun oğlu Londonda təhsil almaqla yanaşı, həm də atasının xaricdəki biznesinə nəzarət edir. “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov ``milyarderlər ittifaqından `` külli miqdarda pul əldə etməklə yanaşı, öz imkanlarından da istifadə edərək “milli şura”ya yardım ediblər. Məlumdur ki, Rüstəm İbrahimbəyov Bakıda bir neçə göydələn tikdirərək külli miqdarda gəlir əldə edə bilmişdi. O, Moskva şəhərində bir çox ticarət obyektlərinə və daşınmaz əmlaka sahibdir. Bu, hər kəsə məlumdur ki, Rüstəm İbrahimbəyovu siyasətə gətirən onun öz qohumlarının adına qeyri-qanuni özəlləşdirə bildiyi torpaq sahəsinin dövlətin mənafeyinə uyğun olaraq alınmasıdır. Cəmil Həsənli də həmin kateqoriyaya uyğun siyasətçidir. Xatırlayırsınızsa, 2005-ci ildə mənsub olduğu AXCP və ümumən müxalifətin Milli Məclisə getməmək çağırışlarına məhəl qoymadan deputatlıq mandatından imtina etməmişdi”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info