Badımcanlı plov necə bişirilir?
Tarix: 30.12.2019 | Saat: 01:34:00 | E-mail | Çapa göndər



Bu gün biz sizə “Türkiyə mətbəxi” silsiləsindən badımcanlı plov (patlıcanlı pilav) təqdim edirik.


İstəkli yemək və yeməkbişirmə həvəskarları, ümumtürk mətbəxinin vazkeçilməz xörəklərindən biri plovdur. Sulu yeməklər və ya qızartmaların yanında tez-tez rast gələ bilərsiniz ona.

Düyü, yarma (bulqur) və ya makaron-vermişel növləriylə bişirilən, ədviyyat, ət, paxla və ya tərəvəzli yavanlığı olan plov Osmanlı mətbəxinin şah yeməklərindən biri olub. Belə ki, Osmanlı sarayında yalnız plov bişirən və "plovçu" adlanan aşbaz olurdu. Bu aşbazlar plovu növlərinə ayırmaq üçün fərqli düyü və yarmadan istifadə edirdilər. XVI əsrdə Osmanlı sarayında ət, kələm, meyvə, sarımsaq, kişmiş və bibər qarışıq plov bişirilib, saya plovların isə üzərinə ləbləbi və qovrulmuş quru meyvələr tökülüb. Bu gün biz sizə “Türkiyə mətbəxi” silsiləsindən badımcanlı plov (patlıcanlı pilav) təqdim edirik.

Badımcanlı plovu bişirmək üçün Türkiyədə “baldo pirinç” adlanan düyüdən istifadə olunur. Miladdan əvvəl 400-cü illərdə Asiyada istehsal edilən bu düyü Böyük İsgəndərin əsgərləri tərəfindən Qərbi Asiya və Yunanistana aparılıb, buradan isə bütün dünyaya yayılıb. Bu, elə azərbaycanlıların əsasən istifadə etdiyi düyü növüdür.

Beləliklə, badımcanlı plovu bişirmək üçün bizə nələr lazımdır?

1 stəkan yarım (baldo) düyü,
2-3 ədəd badımcan,
2 ədəd soğan,
1 ədəd pomidor,
1 stəkan zeytun yağı,
2 stəkan su,
2 çay qaşığı duz,
1 çay qaşığı qara bibər,
2 çay qaşığı şəkər tozu,
1 çay qaşığı zərdəçal (yenibahar - Pimenta racemosa)
1 çay qaşığı nanə,
1 çay qaşığı darçın.

Sıra gəldi badımcanlı plovu bişirməyə. Düyünü bir qaba tökün, üzərini örtəcək qədər isti su və duz əlavə edib 30 dəqiqə saxlayın. Sonra soyuq suda bir neçə dəfə yuyun və süzün.

Bu arada badımcanları sapından aşağıya doğru xəttli olaraq soyun və kiçik küplər halında doğrayın. Qızardarkən yağ çəkməsin deyə yarım saat duzlu suda saxlayın. Sudan çıxardıqdan sonra yaxşıca yuyub qurulayın, stəkanın 3-də 2-si qədər zeytun yağında qızardın. Qalan 1/3-də bir zeytun yağını isə bir qazana tökün, istiləşsin, sonra doğranmış soğanı əlavə edib yumşalana qədər qovurun. Doğranmış pomidoru pörtmüş soğanın üzərinə töküb qovurmağa davam edin. 2 stəkan su, duz, şəkər tozu, qara bibər, zərdəçal, nanə və darçını əlavə edin. Su qaynayınca düyünü əlavə edin, bir dəfə qarışdırın. Üzərinə badımcanları düzün, qazanın qapağını bağlayıb əvvəl çox, su qaynadıqdan sonra isə kiçik od üzərində düyü suyu çəkənə qədər bişirin. Qazanı kənara qoyandan sonra qapağı bağlı şəkildə 15-20 dəqiqə dinləndirin. Daha sonra taxta qaşıqla plovu xırmanlayıb ilıq şəkildə masaya gətirin və yeyin. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Qasımbəy yeməyi -VIDEO
20.05.2020
Qiyməli pendirli yemək resepti -VİDEO
15.05.2020
Qabırğa dolması
11.05.2020
Sarayın ləzzətləri: Yumurtalı çiy küftə
03.05.2020
“Lebeniye çorbası“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info