Şərurun daha bir kəndində müasir ambulatoriya yaradılıb
Tarix: 17.09.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Son 10 ildə muxtar respublikada 134 səhiyyə obyekti tikilib, 41 tibb müəssisəsi yenidən qurulub və ya əsaslı təmir olunub. Şərur rayonunun Dəmirçi kənd həkim ambulatoriyası üçün yeni binanın tikilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Dəmirçi kənd həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın müasir tələblər səviyyəsində qurulduğunu bildirərək deyib: “Həkim ambulatoriyasının əsas fəaliyyət istiqaməti kənddə insanların sağlamlığının təmin olunmasından və ilkin tibbi yardımın təşkilindən ibarətdir. Yaşayış məntəqələrində tibbi xidmətin təşkili, ilk növbədə, gigiyenik qaydalara əməl olunması ilə həyata keçirilməlidir. Çünki insan sağlamlığında gigiyenik qaydaların gözlənilməsi vacib şərtdir. Son illər muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində bir sıra xəstəliklərin qarşısı alınıb. Artıq muxtar respublikanın yaşayış məntəqələrində insanları narahat edəcək ciddi xəstəliklər qeydə alınmır. Yerlərdə səhiyyə işi düzgün təşkil olunmalıdır. Dəmirçi kənd həkim ambulatoriyasında yaradılan şərait bu işlərin həyata keçirilməsinə imkan verəcəkdir. Əhalinin sayına uyğun olaraq yaradılan ambulatoriyada müvafiq ştatlar da ayrılmışdır. Bu da sakinlərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verəcək”. Məlumat verilib ki, kəndlərdə aparılan kompleks quruculuq işləri zamanı yeni tibb ocaqlarının tikilməsi və müasir avadanlıqla təminat, ilk növbədə, bir məqsədə - kənd sakinlərinin sağlamlığının qorunmasına xidmət edir. İkimərtəbəli binada palata, doğuş, peyvənd, aptek, ginekoloq stomatoloq və manipulyasiya otaqları yerləşir.
Həkim ambulatoriyası lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunub. Ambulatoriyada 15 tibb işçisi sakinlərə xidmət göstərir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info