Türkiyə Suriya helikopterini vurub
Tarix: 17.09.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın helikopterini vurmuşdur. Türkiyə hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, helikopter ölkənin hava məkanını pozub.
Suriya-Türkiyə sərhədində baş vermiş hadisə barədə Türkiyə baş nazirinin müavini Bülənd Arınc məlumat verib. Onun sözlərinə görə, helikopter sərhədi keçəndən sonra Malatyadakı hərbi bazadan M-17 qırıcı təyyarəsi havaya qalxıb. Dəfələrlə edilmiş xəbərdarlıqdan sonra təyyarə helikopterə atəş açmaq məcburiyyətində qalıb. B.Arınc deyib: “Helikopter Türkiyə sərhədini pozub. Hava hücumundan müdafiə xidmətinin əməkdaşları helikopterə dəfələrlə xəbərdarlıq etmişlər. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, geri qayıtmadığı üçün helikopter bizim təyyarə tərəfindən məhv edilib. Müəyyən edilib ki, helikopter Suriya ərazisində yerə çırpılıb”. B.Arınc bildirib ki, Suriya və Türkiyə arasında qüvvədə olan hərbi gücün tətbiqi qaydaları hərbçilərin təşəbbüsünə bəraət qazandırır. “Royter” Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bəyanatına istinadla xəbər verir ki, Türkiyənin hakimiyyət orqanları Suriya helikopterinin məhv edilməsinə dair əməliyyatın detallarını BMT Təhlükəsizlik Şurasına və NATO-ya göndərəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info