YAP Binəqədi rayon təşkilatının növbəti görüşü
Tarix: 17.09.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatının HB Klinikası ərazi ilk partiya təşkilatında növbəti görüş baş tutdu. Tədbiri giriş sözü ilə açan HB Klinikası ərazi ilk partiya təşkilatının sədri Təşkilat Ağayev klinika və orada fəaliyyət göstərən ərazi ilk partiya təşkilatı və onların üzvləri barədə məlumat verdi.
O qeyd etdi ki, ərazi ilk partiya təşkilatı 2010-cu ildən fəaliyyət göstərir və həmin vaxtdan etibarən partiyaya böyük maraq yaranıb və təsadüfi deyil ki, hazırda klinikada Yeni Azərbaycan Partiyasının 62 üzvü var. O qeyd etdi ki, hazırda partiyanın üzvü olan həkimlərin 90 faizi ali təhsillidir və ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Çıxışında ölkədə gedən iqtisadi və siyasi prosesləri qeyd edən Təşkilat Ağayev bildirdi ki, ölkədə hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf getməkdədir. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkədə və Binəqədi rayonunda görülən işlərdən danışdı. Rayon ərazisində 40 səhiyyə müəssisəsinin olduğunu bildirən YAP Binəqədi rayon təşkilatının sədri qeyd etdi ki, HB klinikasının rayonda xüsusi nüfuzu var. Klinikada keçirilən görüş barədə danışan Ramiz Göyüşov qeyd etdi ki, bele görüşlərdə məqsədi ərazi ilk partiya təşkilatlarında YAP fəalları ilə müzakirələr aparmaqdır. Çıxışında qarşıdan gələn prezident seçkilərinə toxunan Ramiz Göyüşov bildirdi ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir və hazırda seçki prosesində təbliğat-təşviqat kampaniyasına start verilib. O bildirdi ki, bu gün Prezident tərəfindən ictimai həyatın bütün sahələrini əhatə edən kompleks quruculuq işləri görülür. Prezident son 10 ildə Azərbaycanı regionun liderinə çevirib, nəhəng enerji layihələri reallaşıb. Mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz uğurlu siyasət nəticəsində inkişaf edir. Seçki prosesindən və təbliğat-təşviqat kampaniyasından danışan YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa səslədi. Sonra tədbirdə çıxış edən HB klinikasının baş direktoru Hikmət Butayev bildirdi ki, bu gün Azərbaycanın inkişafı sürətli templərlə davam etməkdədir. H.Butayev seçkilərdə hər kəsi fəal olmağa və səsvermə günü seçimi vicdanla etməyə, Azərbaycanın uğurlu gələcəyinə səs verməyə səslədi. Sonra Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş şəxslərə partiya bileti təqdim edildi və yeni üzvlərin qəbulu məsələsinə baxıldı.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info