YAP icra katibi Cəmil Həsənlini ifşa edən sənəd nümayiş etdirdi
Tarix: 17.09.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


İctimai Televiziyada prezidentliyə namizədlərin ilk debatı keçirilib. Debatda prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov “milli şura”nın namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirib və onun təqaüdə çıxması məsələsində müəmma
olduğunu bildirib.

Ə.Əhmədov Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənlinin iki il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığını bildirib: “Amma siz 1952-ci ildə anadan olmusunuz və təqaüd yaşınıza hələ iki il var. Belə olan halda dövlət qurumlarını necə aldadıb təqaüdə çıxa bilmisiniz?”. Səlahiyyətli nümayəndə qeyd edib ki, müvafiq qurumlar onun rəsmi sorğusuna cavab veriblər və bəlli olub ki, C.Həsənli xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb: “Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi vurğulanıb. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. Onun təqdim etdiyi arayışda ancaq yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü də vurğulanıb”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info