ARDNŞ bütün işçilərini evlə təmin edəcək
Tarix: 17.09.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan və mənzil növbəsində dayanan bütün işçilər evlə təmin ediləcək. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.
Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: «Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir». S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: «ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək».

“SOCAR-Polimer” zavodu tikilir

Süleyman Qasımov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti Sumqayıt Kimya Parkının tərkibində “SOCAR-Polimer” şirkəti yaradıb. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün 500 mln. dollar investisiya lazım olacaq: “Bunun da 200 mln. dolları daxili investorların və yerli bankların maliyyələşdirilməsi hesabına həyata keçiriləcək. Artıq “SOCAR-Polimer” şirkətinin nizamnamə kapitalının 51 mln. dollar olacağı qərarlaşdırılıb”. S.Qasımov deyib ki, şirkətin nizamnamə kapitalının 51%-i ARDNŞ-da saxlanacaq: “Qalan 49%-i isə potensial imkanları olan yerli şirkətlərə satılacaq. Düşünürük ki, bu layihə də çox gəlirli və maraqlı layihə olacaq”. Onun sözlərinə görə, bu müəssisədə polimer və aşağı təzyiqli polietilen borular və son texnologiya olan kimya məhsulları istehsal ediləcək: “Bu baxımdan biz bu layihəyə maraq göstərən şirkətləri cəlb etmək niyyətindəyik. Artıq bununla bağlı işlər gedir. Təşkilatı işlər başa çatandan sonra investorların bu prosesə cəlb olunması ilə məşğul olacağıq”.

ARDNŞ indiyədək xarici ölkələrə 2,9 milyard dollar sərmayə yatırıb
Süleyman Qasımov onu da bildirib ki, ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA-nın səhmlərinin alınması dövlət vəsaiti hesabına həyata keçiriləcək.
Onun sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin 400 mln. avro müqabilində alınması ARDNŞ-ın nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək: “DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq”. Süleyman Qasımov qeyd edib ki, ARDNŞ indiyədək xarici ölkələrə 2,9 mlrd. dollar sərmayə yatırıb. Onun sözlərinə görə, buraya ARDNŞ-ın Türkiyə, Ukrayna, Gürcüstan İsveçrə və digər ölkələrə qoyduğu sərmayələr daxildir: “Dövlət Neft Şirkətinin xaricdə həyata keçirdiyi layihələr tədricən maliyyələşdirilir. Məsələn, Türkiyədə ARDNŞ-ın törəmə şirkəti olan “Star” layihəsinin dəyəri 5 mlrd. dollar təşkil edir. Bunun 41,5%-i ARDNŞ-ın payına düşür. Bu vəsait layihə üzərində iş başa çatdırılana qədər xərclənəcək”. ARDNŞ-ın daxili sərmayə qoyuluşlarına münasibət bildirən S.Qasımov deyib ki, şirkətin ölkə daxilində həyata keçirdiyi investisiya layihələrinə hər il 1 mlrd. manatdan çox vəsait qoyulur: “Bura neft-qaz quyularının qazılması, platformalarının tikintisi, boru xətlərinin çəkilişi və digər layihələr daxildir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
16.11.2018
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info