Gürcüstandakı Azərbaycan şirkətlərinin birgə görüşü keçiriləcək
Tarix: 17.09.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Four Seasons” otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna (CEIBC) üzv şirkətlərin nümayəndələrinin görüşü keçirilib. Görüşdə “Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətləri ilə iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu “Caspian Energy International Media Group”un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən ən böyük neft və qaz şirkətlərinin intensiv dəstəyi ilə 2002-ci ildə yaradılıb. CEIBC Xəzər, Qara Dəniz və Baltik dənizi ətrafındakı 50 ölkənin 500 üzv şirkətlərini və təşkilatlarını bir araya gətirən ən böyük və dinamik inkişaf edən regional təşkilatdır. T.Əliyev qeyd edib ki, bu il ərzində Gürcüstanın paytaxtı Tiflisdə CEIBC-nin və “Caspian Energy International Media Group”un ilk beynəlxalq ofisi fəaliyyətə başlayacaq. Ofis fəaliyyətə başladıqdan sonra hər ay Gürcüstandakı şirkətlərin, o cümlədən bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin birgə görüşləri keçiriləcək. İl ərzində səmərəli fəaliyyət göstərən şirkətlərə “Caspian Enerjy Award Georgia” mükafatı təqdim olunacaq. Həmçinin şirkətlərin fəaliyyətinin və klubun illik hesabatının yekunu olaraq ildə bir dəfə “Caspian Enerjy Forum Tbilisi” forumu keçiriləcək. Görüşdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətlərinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov ARDNŞ-in həyata keçirdiyi proqramlar, ölkə daxilində və xaricdə icrasına başladığı layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ötənilki görüşdən sonra “Caspian Energy International Media Group” ilə birgə fəaliyyət nəticəsində xarici şirkətlərlə birgə qrup yaradılıb. Həmin qrup tərəfindən “Azneft” İstehsalat Birliyinin (İB) Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsində əməyin ödənilməsi ilə bağlı pilot layihənin icra edilməsinə başlanılıb. Ötən müddət ərzində həmin əməkdaşlar tərəfindən idarənin biznes prosesi öyrənilərək bütün vəzifələr təhlil olunmuş, iş yerlənin analizi və vəzifə standartları hazırlanıb. Sonra ARDNŞ-də hazırlanmış proqramla həmin layihə Azneft İB-nin quruda və dənizdə olan idarələrində icra olunmasına başlanılmış və bu günədək qurudakı müəssisələrdə 1927 vəzifə standartının hazırlanması başa çatdırılıb. Ümumilikdə 16 minə yaxın vəzifə standartının hazırlanması nəzərdə tutulub. Sonda klubun fəaliyyətində rastlaşdığı problemlər və onların həlli yolları müzakirə edilib, şirkətlərin nümayəndələri arasında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info