“Prezidentin həyata keçirdiyi siyasət ölkəmizin gələcək inkişafına təminat verir”
Tarix: 17.09.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Ölkəmizdə həyatın bütün sahələrində-ən əsası iqtisadiyyatda, daxili və xarici siyasətdə yüksək göstəricilər əldə edilib və şübhəsiz ki, ölkəmizin iqtisadi potensialı artdıqca, digər sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyev xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb. Gələcəklə bağlı qəbul olunan bütün strategiya və dövlət proqramlarında ölkəmizin strateji inkişaf xəttinin həyata keçirilməsində elmin əhəmiyyətli rolu öz əksini tapıb. Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesi də uğurla həyata keçirilir. Hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir. Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Bu gün ölkədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən alimlərimiz bunu Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı ilə əlaqələndirirlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanov bildirdi ki, ölkəmiz son 10-15 il ərzində özünün ən yüksək inkişaf pilləsinə çatıb: “Bununla kifayətlənmək olmaz və ölkəmiz daha da inkişaf etməlidir. Onun təhsili ilə yanaşı, bütün sahələr, xüsusilə də insan amilini nəzərə almaqla böyük dönüşlər gözləniləndir. Artıq ölkəmizdə prezident seçkilərinə start verilib və bu seçkilərdə bir sıra namizədlər iştirak edirlər. Əlbəttə, onların hamısı Azərbaycan vətəndaşlarıdır və bu seçkilərdə iştirak etmək hüququ var. Ancaq son illərdə Azərbaycanda böyük uğurlar əldə edilib ki, bütün bunlar isə məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, yalnız daxili siyasətlə məhdudlaşmır, eyni zamanda bunu xarici siyasətə də şamil etmək olar”. Bu gün ölkə başçısının yürütdüyü siyasət bütün dünyada qəbul edildiyini deyən professorun sözlərinə görə, bunun nəticəsi olaraq Azərbaycanın dünya miqyasında tanınmasına səbəb olub: “Ölkəmiz inkişaf tempinə görə, dünyada ən qabaqcıl ölkələrdən biri olub. Ölkədə mövcud problemlərin həlli istiqamətində Prezident İlham Əliyevin insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Məsələn, regionlarda yeni yolların çəkilməsi, əhalinin qazla təminatı, içməli suyla təmin olunması, yeni iş yerlərinin açılması kimi tədbirlər ölkəmizin ilbəil daha da inkişafına təkan verməklə yanaşı, gələcəyin də təməlini qoyur”. Professor bildirdi ki, ölkə əhalisi daim artmaqdadır və bu da yeni şagirdlərin, tələbələrin sayının artması deməkdir: “Təhsilimizdə də müəyyən uğurlar var. Xüsusilə də bu istiqamətdə görülən işlərdən biri kimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni məktəb binalarının tikilməsi, köhnələrin təmir olunması şagirdlərimiz üçün təhsilə marağın artmasında stimuldur. Eləcə də bu gün gənclərimiz həm ölkədə, həm də xaricdə müxtəlif ali təhsil müəssisələrinə daxil olurlar. Bu gün gənclərimizin səsi dünyanın müxtəlif, tanınmış ali təhsil ocaqlarından gəlir. Bu da ölkə başçısı tərəfindən təsdiqlənmiş gənclərin xaricdə təhsilinə yönəlmiş dövlət proqramının nəticəsidir. Ölkəmiz inkişaf etdikcə bu uğurlar daha da artacaq”.
R.Sultanov onu da vurğuladı ki, bir sıra böyük dövlətlər müəyyən amillərlə bağlı Azərbaycanın dövlət siyasəti ilə razılaşır: “Belə ki, Amerika, Avropa ölkələri Azərbaycanı regionda ən qabaqcıl ölkələrdən biri hesab edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Avropa Şurasında uğurlar, Dağlıq Qarabağ münaqişəsində aparılan düzgün siyasət qazanılan uğurlardandır. Azərbaycan dövləti günbəgün inkişaf edir və əminəm ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu tədbirlər ölkəmizin gələcəkdə də inkişafına təminat verir. Xüsusilə də son illərdə sosial təminatın artması istiqamətində əhalinin işləyən təbəqəsinin və pensiya təminatı ilə bağlı maaşlar artıb. Xüsusilə də ölkə başçısının sərəncamı ilə bugünlərdə təhsil sistemində “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarının elmi dərəcələrə görə iki dəfə artırılması bizi çox sevindirir. İnanırıq ki, gələcəkdə təhsil sisteminə, elmə ayrılan bu diqqət daha da artacaq və biz buna görə Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Biz qarşıdan gələn seçkilərdə ona səs verəcəyik”.
Professorun sözlərinə görə, bu gün görülən işlərin bariz nümunəsi kimi təkcə Bakı şəhərində reallaşan tədbirləri göstərmək kifayətdir: “Belə ki, paytaxtımız bu gün dünyanın ən gözəl, iri şəhərləri ilə müqayisə olunur. Hündürmətəbəli binaların tikilməsi, yeni körpülərin, yeraltı keçidlərin, yolların, bir-birindən gözəl parkların salınması kimi amillər bu uğurların bariz nümunəsidir. Artıq Azərbaycan regionda ən qabaqcıl ölkələrdən biridir. Qafqaz ölkələri Azərbaycanın hesabına öz inkişafını təmin edə bilir. Hətta Gürcüstan prezidenti M.Saakaşvili dəfələrlə buna görə Azərbaycana təşəkkürünü bildirib. Yəni, Azərbaycan həm özü inkişaf edir, həm də region ölkələrinin inkişafı üçün təminat yaradır. Vaxtilə Azərbaycan xaricdən investisiya almaq üçün müəyyən ölkələrlə münasibətdə olan bir ölkə idi, hazırda isə əksinədir. Belə ki, Azərbaycan inkişaf edən bir ölkədir və özünün təbii sərvətləri var, artıq onlar özləri investisiya qoymaq üçün bizdən xahiş edirlər. Üstəlik, Azərbaycan özü bu gün investisiya qoyan ölkələrdən biridir. Bütün bunlarda isə ölkə başçısının böyük xidmətləri var”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info