Ali təhsildə qrant maliyyələşdirilməsi müzakirə edilib
Tarix: 18.09.2013 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək”layihəsiçərçivəsində tövsiyə sənədi hazırlanıb. Bu sənədin müzakirəsiAzərbaycan Dövlət İqtisad Universitetində təşkil olunub.
Tövsiyə sənədi ali təhsildə qrant maliyyələşdirilməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyətini, ali təhsildə qrant maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübəni, dünya təcrübəsində universitetlərin qrant mənbələrini və qrantları cəlbetmə yollarını, layihə çərçivəsində keçirilən müsahibəni və qrant maləyyələşdirilməsi sahəsində tövsiyələri özündə ehtiva edir.
Dəyirmi masada məqsəd tövsiyə sənədinin müvafiq sahə üzrə mütəxəssislərlə müzakirəsinin təşkil olunmasıdır. Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaq.
Müzakirələrdə Təhsil Nazirliyinin, Elm Fondunun, universitetlərin, QHT-lərin nümayəndələri iştirak ediblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info