Mənim sevimli Prezidentim!
Tarix: 18.09.2013 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Heyderli Mezahir

Xalqımızın ulu bir məsəli var: “Ot kökü üstə bitər”. Son bir neçə ildə dünyanın siyasi arenasında kifayət qədər sanballı və layiqli yer tutan Prezident İlham Əliyev haqqında düşünərkən, həmişə həmin müdrik el məsəlini xatırlayıram. Çünki, İlham Əliyev Vətənə sədaqət və məhəbbət dərsi keçilən, onun yolunda, onun naminə fədakarlıq və qəhrəmanlıq göstərməyə həmişə hazır olmağa öyrədilən Heydər Əliyev məktəbinin, zamanın sərt sınaqlarından keçmiş, öz yaşarlığını sübuta yetirmiş bu möhtəşəm və qüdrətli məktəbin yetişdirməsidir. Bu da təbii ki, onun siyasi savadının, dərin erudisiyasının, yüksək vətənpərvərlik duyğusuna malik olmasının məhək daşıdır.
Hər bir xalq yetirdiyi şəxsiyyətlərə görə tanınır və həmin oğulları ilə fəxr edir. Bizim müdrik xalqın da tarixin hər mərhələsində iftixar ediləsi oğulları olub və bu gün də var. Onlardan biri Ulu Öndərimiz Heydər Əliyevdirsə, digəri heç şübhəsiz ki, möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Heydər Əliyev dövrü Azərbaycan salnaməsinə qızıl hərflərlə yazılmış və bizim hər birimiz üçün önəmli olan bir tarixdir. Bu gün İlham Əliyevin rəhbərliyi altında inamla sabaha, işıqlı gələcəyə doğru addımlayırıq.
Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə çox incəliklə riayət etməsindən irəli gəlir. İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə “Heydər Əliyev bu məsələni necə həll edə bilərdi” sualına cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bugününə və sabahına sonsuz, sarsılmaz sədaqət – bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə İlham Əliyevə şamil etmək olar. İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir.
Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün oldu. İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişa edən, sabit və qüdrətli dövlətinə çevirdi. Prezident özünü azərbaycanlı sayan və mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi.
Ölkə başçısının dinamik fəaliyyəti də təqdir olunmalıdır. Prezident yaxın-uzaq ölkələrə səfər edir, dünyanın aparıcı dövlətlərinin başçıları ilə rəsmi görüşlər keçirir, taleyüklü sənədlər imzalayır, Azərbaycanın müxtəlif bölgələrini gəzir, quruculuq işləri ilə şəxsən tanış olur, sadə insanların həmsöhbətinə çevrilir, ölkəyə gələn rəsmi qonaqları qəbul edir, mədəniyyət müəssisələrinə baş çəkir. Belə işgüzarlığa heyran olmamaq mümkün deyil.Çoxcəhətli fəaliyyət potensialına malik olan İlham Əliyev Azərbaycanın gələcəyinin qarantıdır. İlham Əliyev xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoymuş və bu missiyanı ləyaqətlə həyata keçirən bir siyasətçidir. O, yeniliyi sevir və müdafiə edir, gəncliyə arxalanır. O, həmişə gəncliyimizə şəxsi nümunə göstərir və onları ardınca aparmağı bacarır.
Hər ölkənin sabahı, gələcəyi onun gəncləri ilə bağlıdır. Bu, əlbəttə, gənclərə göstərilən qayğıdan asılıdır. Bugünkü Azərbaycan gəncləri İlham Əliyevə inanır və onun ardınca gedirlər.





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info