“Cəmil Həsənli Qarabağla bağlı danışmır”
Tarix: 18.09.2013 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Akif Nağı: “Milli şura”nın namizədindən bu barədə ciddi çıxış gözləmirdim”

“Milli şura”nın sessiyalarında Qarabağ münaqişəsi haqda mövqe bildirilməməsinin dəfələrlə şahidi olmuşuq. Nə müzakirələrdə, nə rəhbərlikdə təmsil olunanların açıqlamalarında, nə də ki, təşkilatın sənədlərində Qarabağ münaqişəsindən söz açılmamasını mətbuat və ümumilikdə ictimaiyyət ciddi tənqid etdikdən sonra qurum ən sonda Qarabağ komissiyası yaratdı.
Görünür, “milli şura” rəhbərliyi çox gözəl başa düşürdü ki, Qarabağ məsələsini gündəmə gətirsə, xarici qüvvələr onları dəstəkləməyəcəkdi. Çünki bu münaqişənin həll edilməməsini Azərbaycana qarşı təzyiq kimi saxlamağa çalışanlar var. Bu liderlər də onlara bağlı adamlar olduqlarını dəfələrlə sübut eləmiş oldular.
Qısası, “milli şura” rəhbərliyi Qarabağ münaqişəsinin həllində maraqlı görünmür. Belə olmasaydı, namizədlərin debatında qurumun prezidentliyə namizədi Cəmil Həsənli bir nömrəli məsələ kimi Qarabağ problemini qabardardı. Onun ölkədə guya neqativ halların artması haqda etdiyi çıxışlarının nəyə hesablandığı isə hər kəsə bəllidir. Ümumilikdə təbliğat-təşviqat kampaniyasının başlandığı gündən “milli şura”nın Qarabağ məsələsinə demək olar ki, toxunmadan namizədlərinin yalnız “şəxsi keyfiyyət”ləri haqda təbliğat aparması diqqətçəkən məqamdır. Özgə vaxtı xalqın mənafeyini güddüklərini, ümummilli məsələlərin-Qarabağ probleminin əsas problem olduğunu deyənlər nədənsə bunu ikinci plana keçiriblər.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı namizədlərin də bu məsələdə susqun mövqe sərgiləməsini arzuolunmaz hal saydı. O, hazırda münaqişənin həlli istiqamətində Azərbaycanın atdığı prinsipial addımların alqışa layiq olduğunu da dedi. Problemlə bağlı görüləcək işlərin çoxunun qarşıda olduğunu deyən QAT sədri özünü demokratik qüvvələr sayan müxalifətçilərin sözügedən məsələni arxa plana keçirməsini anormal durum kimi qiymətləndirdi: “Düzü mən gözləyirdim ki, prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasına başlayan kimi debatlarda Qarabağdan danışacaq, Qarabağla bağlı platformasını ortaya qoyacaqlar. İndiki hakimiyyətin və onun namizədi İlham Əliyevin bu münaqişənin həlli istiqamətində hansı ciddi səylər göstərdiyi və prinsipial mövqeyinin necə olduğu məlumdur. Bəs müxalifət niyə bu məsələdə bir qədər qorxaq görünür? Təəssüf doğuran hal budur ki, debatlar daha çox intriqalar, mübahisələr və qalmaqallarla yadda qalır. Hiss olunur ki, sifarişli çıxışlar da var. Nə cür xal qazanmağın yolunu tapıblar. Məndə belə təəssürat yarandı ki, orada çıxış edənlərin bir hissəsi Qərbdən, digəri Rusiyadakı bəzi dairələrdən sifariş alıb. Təbii ki, onlar da Qarabağ məsələsini önə çəkə bilməzdilər. Çünki, təmsil etdikləri ölkələrə sonda hesabat verəcəklər ki, mən debatda istədiyiniz çıxışları etdim. Bax belə bir xoşagəlməz debatlar yaranıb. Gözləyirdim ki, namizədlər çıxışlarında bildirəcəkdilər ki, ən ağrılı məsələ hazırda Qarabağ məsələsidir və seçilsəm, qarşımda dağ boyda olan bir problem dayanır. Bunun həlli yolları da belə olacaq. Ola bilər ki, sonrakı debatlarda bunun şahidi olduq. Amma orada olan müxalifət namizədlərində belə bir əlamət hiss olunmur”.
QAT sədri onu da vurğuladı ki, Cəmil Həsənlinin əsasən iqtisadi məsələləri qabartması onun özünə də zərər vura bilər: “Qarabağ Azadlıq Təşkilatı bir neçə həftə öncə bununla bağlı mövqeyini ortaya qoydu ki, seçkilərin gedişində də, təbliğat-təşviqat məsələlərində də əsas məsələ kimi Qarabağ problemi qabardılmalıdır. Hələlik onların təşviqat materiallarını görmürəm. Görünən odur ki, özlərini təqdim etməklə məşğuldurlar. Kimisi özünə ağa deyir, digəri Azərbaycanın xilaskarı və s. adlar qoyaraq olmayan şəxsiyyətlərini qabardırlar. Yəni, namizədlər bu şəkildə irəliləməyə çalışırlar. Xüsusilə də müxalifətin “milli şura”sı bu məsələdə çox passiv görünür, qurumun namizədi problemlə bağlı konkret nə iş görəcəyini danışmır. “Milli şura”nın namizədindən əslində heç Qarabağ problemin həlli ilə bağlı ciddi çıxışlar da gözləmirdim. Çünki bu qurumda elə yaranan gündən Qarabağ probleminə soyuq yanaşdılar və onlar ən axırda “Qarabağ komissiyası” yaratdılar ki, bura da elə indiki namizəd Cəmil Həsənlini rəhbər təyin etdilər. Onun proqram xarakterli mövqeyi olmasa da, bu məsələ ətrafında müəyyən açıqlamaları oldu. Çıxış yolunun nədən ibarət olduğunu deməyən Cəmil müəllim məsələyə çox loyal yanaşırdı. Hərbi yolu demək olar ki, istisna edirdi.”
Akif Nağı deyir ki, yaxşı ki, elə bu birlik əsas siyasi gücə çevrilmədi: “Mən o vaxt da dedim ki, bu “milli şura” adlanan quruma Qarabağla bağlı müxtəlif mövqeda dayanan insanlar daxil olublar. Bu da təhlükəli amildir. Bunlar birgə nə cür birləşib vahid konsepsiaya hazırlayacaqdılar? Yəni, bu onu göstərdi ki, sözügedən düşərgə məsələyə ciddi yanaşmırdı və sonda da qurum Qarabağ məsələsini təşviqat kampaniyasına necə gəldi saldı. Bəlkə də bu birlik artıq dağılmaq üzrədir deyə məsələlərə qeyri-ciddi yanaşır. Amma istənilən halda ortaya problemin həllini göstərən konsepsiya qoyulmalıdır. Debatlarda bu məsələ əsas götürülməlidir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info