“Ermənistan Azərbaycandan xeyli geri qalır”
Tarix: 07.01.2020 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Paşinyanın yalanını ifşa edən Qrant Baqratyan:
“Ermənistanın iqtisadiyyatı qonşu ölkələrin iqtisadiyyatı ilə ayaqlaşmaq iqtidarında deyil”

“Ölkədə Paşinyanın dediklərinə bənzər heç bir şey yoxdur”. Bunu Ermənistanın keçmiş baş nazir Qrant Baqratyan baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda ÜDM göstəriciləri ilə bağlı açıqlamasını tənqid edərkən bildirib. “2019 və 2020-ci illərin nəticələrinə görə, adambaşına düşən ÜDM-in həcminə görə, Paşinyanın dediklərinin əksinə olaraq, Ermənistan nə Gürcüstanı, nə də Azərbaycanı qabaqlaya bilib”. Xatırladaq ki, bir müddət əvvəl Paşinyan özünün şəxsi «Facebook» səhifəsində adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan 2019-cu ildə Gürcüstan və Azərbaycanı qabaqladığını bildirmişdi. Lakin, sonradan yalanının həddindən artıq qırmızı olduğunu anlayan erməni baş nazir Ermənistanın ÜDM-in həcminə görə hələ də Azərbaycanı qabaqlaya bilmədiyini, amma 2020-ci ilin sonunadək nəyin bahasına olursa olsun bunu “bacaracağını” bildirmişdi. Paşinyanın dediklərini cavabsız qoymayan Qrant Baqratyan şəxsi «Facebook» şəhifəsində erməni baş nazirin yalanlarnı təkzib edərək Ermənistanın nəinki Azərbaycan, hətta Gürcüstandan ÜDM məsələsində çox uzaq olduğunu bildirib: “Baş nazir Nikol Paşinyan 2019-cu ildə Ermənistanda adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstanı qabaqladığını, 2020-ci ildə Cənubi Qafqazın ən qabaqcıl ölkəsinə çevriləcəyini bildirir. Mən bir iqtisadçı kimi, bunun həqiqətdən çox uzaq olduğunu etiraf etmək məcburiyyətindəyəm”.
Baqratyanın sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun ölkələr barədə verdiyi proqnoz bir çox hallarda özünü doğrultmaya bilər. Bundan əlavə, ÜDM-ə dair rəsmi məlumat Beynəlxalq Valyuta Fondu tərəfindən deyil, Dünya Bankı tərəfindən verilir. O da qeyd edilməlidir ki, 2019-cu ilin yekunları ilə bağlı məlumatı Dünya bankı hələ 2020-ci ilin aprel-may aylarında dərc edəcək. Sabiq baş nazir xatırladır ki, hələ 2018-ci ildə Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstan və Azərbaycandan xeyli geri qalırdı. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı 2017-ci ildə də qonşu ölkələrin iqtisadiyyatı ilə ayaqlaşmaq iqtidarında olmayıb.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Toyuqlu arpa əriştəli plov -VİDEO
4 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info