Təhqiri peşə seçənlər
Tarix: 07.01.2020 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Son illər internet istifadəçilərinin sayı o qədər artıb ki, artıq 2000-ci illərdən fərqli olaraq hər bir ailədə ən azı bir nəfərin internetə giriş imkanı var. Ucqar kəndlərdən tutmuş, meqapolisə çevrilən Bakıya qədər bütün bölgələrdə internet istifadəçilərinin sürətlə çoxalmasına gətirib çıxaran bir sıra amillər mövcuddur ki, bunlardan ən əsası Azərbaycanın sivil dünyanın tamhüquqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirməsidir. İnternetə olan marağın çoxalması həm də həyatımıza aktiv şəkildə daxil olan sosial şəbəkələr və smartfonların daha çox əlçatan olması ilə bağlıdır... Ümumiyyətlə internetin inkişafı informasiya cəmiyyətinin, xüsusilə medianın inkişafı deməkdir. Artıq heç bir mətbu orqanı internetsiz, sosial şəbəkələrsiz demək olar ki, uğurla fəaliyyət göstərə bilmir. İnternetin inkişafı isə yalnız medianın deyil, o cümlədən sosial şəbəkələrdən aktiv şəkildə istifadənin genişlənməsi deməkdir. Bu, bir danılmaz faktdır ki, Azərbaycanda sosial şəbəkələrin yaratdığı informasiya mübadiləsi imkanlarından böyük ölçüdə səmərəli istifadə olunur. Amma bu gün informasiya mübadiləsi, sosial media və ümumilikdə internetin məhdudiyyətsiz imkanları ilə bağlı təəssüf doğuran hallar da mövcuddur ki, bu da son illərdə siyasi məkanda sosial şəbəkələrdən yanlış yöndə istifadə edilməsidir. Daha dəqiq desəm, Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərən və siyasi fəaliyyətdən çox təhqir və böhtanlarla yadda qalan bir qrup mühacirin və digər müxalif şəxslərin sosial şəbəkələr vasitəsilə anormal fəaliyyət göstərmələri daha çox diqqət çəkir. Sosial şəbəkələrdən etik normalar çərçivəsində istifadə etməyən bu şəxslərin cəmiyyətə, milli dəyərlərimizə və mentalitetimizə vurduğu zərərlər saya hesaba gəlməz... Dünya görüşü olmayan, sosial şəbəkələrdə daha çox vaxt keçirən yeniyetmə, gənclərimizin beyinlərini zəhərləməyə hesablanmış bu fəaliyyətlərin arxasında əlbəttə ki, bəzi Anti-Azərbaycan dairələrin maraqları da dayanır. Təkcə bir misalı deyək ki, sosial şəbəkələr “qəhrəmanına” çevrilən belə şəxslərdən biri olan Məhəmməd Mirzəli adlı mühacir bir il öncə öz həmkarı Tural Sadıqlı ilə “Facebook” və “YouTube”də Azərbaycan dövləti əleyhinə fəaliyyətlərinə görə almalı olduğu qrant üstündə davaya çıxmışdı. Sözün həqiqi mənasında dava! Ağır söyüşlərdən tutmuş ifşa və s. ittiham xarakterli ifadələrə qədər olan bu dava sonradan cəmiyyətdə də geniş müzakirə edildi ki, sən demə bu adamların sosial şəbəkələrdə gündəmdə qalmaq istəmələrində əsas məqsəd qrant almaq üçün daha çox məşhurlaşmaqdır... Təkcə bir ildə bu cür dava və intriqalarla bağlı onlarla misallar göstərmək olar. Yəni, sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edənlər sosial şəbəkələrdə özləri özlərini ifşa etdilər ki, bu da gözlənilən idi. Maraqlıdır ki, bu olayın üstündən bir ildən artıq vaxt keçsə də, hələ də həmin şəxslər utanmadan şəffaf fəaliyyət göstərdiklərini, guya milli mənafeyə xidmət etdiklərini bəyan edir və öz arzuolunmaz layihə və fəaliyyətlərini davam etdirirlər. Əlbəttə müxalifət, alternativ fikir, fərqli düşüncə qəbul ediləndir. Amma bu adamlarınkı nə müxalifətçilik, nə alternativ fikir nə də normal siyasi fəaliyyətdir. Bu mühacirlərin “Facebook”dakı profillərinə nəzər saldıqda aşkar görünür ki, əksər paylaşmaları dövlətçilik və hakimiyyət əleyhinə əsassız ittihamlar, çağırışlarla doludur. Təhqiri, söyüşü adi hala çevirən bu şəxslərin böhtan və əsassız ittihamlarla çıxış etmələrində əsas məqsəd isə cəmiyyətdə hakimiyyətə qarşı qıcıq yaratmaq, insanların beyinlərini aqressiv dezinformasiyalarla doldurmaqdır. Görülən müsbət işlərə qara yaxmağı özlərinə peşə seçənlərin əksəriyyəti buna görə maliyyə yardımları da alır... Yəni, bütün bu fəaliyyətlər təmənnasız qurulmur. Əks halda boş-boş “həmrəylik saatı”ndan tutmuş “oyan”, “mürgülə” və s. anormal, uğursuz adlarla seçilmiş “layihə” və “hərəkat”lar uzun müddət davam etməzdi. Adamlar görürlər ki, özlərindən başqa küçə və meydanlara çıxan yoxdur, onlara dəstək göstərən, hətta paylaşmalarını belə, 100, ən yaxşı halda 300 nəfərdən artıq bəyənən yoxdur, yenə də öz layihələrini davam etdirirlər. Həm də ağır ifadələr, söyüş və böhtanlarla... Düşünürdüm ki, yeni ilə yeni normal fəaliyyət və “söyüş müxalifəti” adını unutduran çağırış, layihələrlə daxil olarlar, amma yanılmışam. İlin son günlərində belə, bu adamlar öz düşüncə və əməllərindən qalmadılar, 2020-ci ilə də təhqir və böhtanlarla başladılar. Siyasi mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir. Söyüş, təhqir həm də zəifliyin göstəricisidir. Necə ki, zəifsiniz, nəinki bu il, elə daim elə qalacaqsınız. Çünki bu, cəmiyyət, bu xalq nə söyüş, təhqir üsulunu seçənlərin, nə də milli maraqlarımıza zidd fəaliyyət seçənlərin yanında olmayacaq!




 
Müəllifin son yazıları

20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
11.02.2019 Qərəzin də bir həddi var...
31.01.2019 “Milli şura”nın növbəti iflası
20.05.2013 Sürücülük mədəniyyəti və artan qəzalar…

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info