Tempus MUMEENA layihəsinin təmsilçiləri universitetdə
Tarix: 18.09.2013 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonaqları qəbul edərək müasir dövrdə Avropa təhsil sisteminə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması məqsədilə Naxçıvan Dövlət Universitetində görülən işlərdən danışdı. Rektor bildirdi ki, bu ali məktəb dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələrə malik olmaqla yanaşı Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihənin də iştirakçısıdır. Tərəfdaş ölkələrin təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutan Tempus proqramının layihələrinə qoşulmaq təhsildə Avropa standartlarına dair təcrübənin bölüşməsi, tədrisin səviyyəsinin artırılması, tələbələrin xaricdə təhsil alması, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi məqsədi daşıyır. Rektor qeyd etdi ki, bu layihələrdən tibb fakültəsini əhatə edən, artıq yekunlaşmaqda olan MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsi tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətli olmuşdur. Layihənin koordinatoru, Boyuk Britaniyanın Leeds Universitetinin direktoru, professor Trudie Robertsin, layihənin digər əməkdaşları Anne Maria Reid, Riçard Fuller və Elania Brockun iştirakı ilə növbəti müştərək layihələrin həyata keçirilməsi, muxtar respublikada tibb təhsilinin inkişafı, Avropa tibb təhsilində qazanılan qabaqcıl təcrübənin tətbiqi kimi tərəfdaşlıq məsələləri müzakirə olundu. Sonra tələbələrlə görüş keçirildi. Görüşdə Böyük Britaniyanın Leeds Universitetinin direktoru, professor Trudie Roberts, Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, layihənin yerli koordinatoru Elmar Rzayev çıxış edərək layihə haqqında tələbələrə ətraflı məlumat verdilər. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetinin qoşulduğu MUMEENA layihəsi Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunur. Universitetin Tibb fakültəsi 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin əməkdaşları layihə çərçivəsində Avropanın müxtəlif universitetlərində; Niderlandın Utrech, İngiltərənin Leeds, İspaniyanın Granada, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetində və Ukraynanın Milli Tibb Universitetində keçirilən treninqlərdə iştirak ediblər. Gorüşdə dünya səhiyyəsində baş verən yeniliklər, Avropada Tibb Təhsilinin əsas müddəaları və modeli, magistr, bakalavr səviyyələrində tələbələrin hazırlanması üçün tibbi kurrikilum haqda ətraflı məlumat verildi, tibb sahəsində tələbə və təcrübə mübadiləsi ilə bağlı məsələlərdən bəhs olundu. Səfər zamanı qonaqlar Tibb fakültəsində tədrisin vəziyyəti, buradakı maddi-texniki baza, tələbələrin nəzəri və təcrübi bilik səviyyələri ilə tanış oldular.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info