Naxçıvanda “Elektron hökumət” vasitəsilə onlayn ödənişlərə başlanılıb
Tarix: 18.09.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet vasitəsilə elektron ödəniş sisteminin tətbiqinə başlanılması ilə əlaqədar tədbir keçirilib.
Nazir Rövşən Məmmədov bildirib ki, yaşadığımız həyatın artan tələbləri sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda, bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanından, 2012-ci il dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsinin vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən muxtar respublikanın “Elektron hökumət” portalında elektron xidmət vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi tam təmin edilərək ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin tətbiqinə başlanılıb. Bu, muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində böyük addımlardan biridir. “Elektron hökumət” portalındakı ilk elektron ödənişlər nazirliyin elektron xidmətlərinə daxil edilən rabitə xidmət haqlarının ödənilməsi və genişzolaqlı internet istifadəçilərinin balanslarının artırılması xidmətləridir. Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilər www.e-hokumet.nmr.az saytına daxil olaraq rabitə xidməti haqlarını ödəyə və ADSL istifadəçiləri balanslarını onlayn artıra bilərlər. Qeyd olunub ki, nazirlik “Golden pay” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu müqaviləyə görə, ödənişləri həmin şirkət həyata keçirir.
Tədbirdə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov çıxış edərək demişdir ki, bu sistemdən əhalinin yüksək səviyyədə istifadəsini təmin etmək üçün maarifləndirmə məsələsini diqqət mərkəzində saxlamaq lazımdır. Sonra Naxçıvan MR İnternet Mərkəzinin şöbə müdiri Şahin İsmayılov elektron ödəniş sistemindən istifadə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info